Ekspert: "ABŞ-Çin gərginliyi dünya iqtisadiyyatını çökdürə bilər"

Ekspert: "ABŞ-Çin gərginliyi dünya iqtisadiyyatını çökdürə bilər"
13.10.2025 17:26 Təhlil

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens bildirib ki, önümüzdəki həftələr Çinin ABŞ ilə ticarət müharibəsi başlatmaq istəyib-istəmədiyini göstərəcək. 

“Ümid edirəm ki, onlar ağlın yolunu seçərlər”, – deyə Vens əlavə edib.

O, vəziyyəti “həssas” adlandıraraq, çox şeyin Çinin reaksiyasından asılı olduğunu qeyd edib: 

 “Onlar son dərəcə aqressiv şəkildə cavab versə, sizə zəmanət verirəm ki, ABŞ Prezidenti Çindən daha çox karta sahibdir. Əgər onlar ağıllı olmağa hazırdırlarsa, Tramp da həmişə ağıllı danışıqlar aparmağa hazırdır”.

ABŞ son günlərdə Çin məhsullarına tətbiq olunan gömrük rüsumlarını 100% artıracağını və nəzarəti sərtləşdirəcəyini açıqlayıb. Çin yeni rüsumlara qarşı sərt addımlar atarsa, bu, qlobal ticarət balansını dəyişdirə və ABŞ-Çin arasında mümkün ticarət müharibəsi siyasi rəqabəti iqtisadi böhrana çevirə bilər.

Məsələni TodayPress TV-yə şərh edən politoloq Abutalıb Səmədov bildirib ki, prosesdə Çin daha çox uduzacaq:

"Çin ABŞ-nin əsas ticarət tərəfdaşlarından biridir. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 688 milyard dollar təşkil edib. Burada Çin daha çox ixrac edən tərəfdir: ABŞ-nin ixracı 163 milyard, Çin isə 525 milyard dollar olub. Bu səbəbdən də gömrük rüsumlarının artırılması Çinə daha çox təsir göstərəcək".

Ekspert qeyd edib ki, qarşılıqlı məhdudlaşdırmalar iki dövlət arasında vəziyyəti daha da gərginləşdirir:

"Çin son vaxtlar ABŞ-yə nadir yer elementlərinin ixracını məhdudlaşdırmışdı. Buna cavab olaraq isə ABŞ 100% gömrük rüsumu tətbiq edib və bu noyabrın 1-dən qüvvəyə minəcək. Həmin vaxta qədər Çinlə ABŞ arasında mümkün görüş münasibətlərin yumşaldılmasına imkan yarada bilər".

Onun sözlərinə görə, ABŞ liderinin əsas narahatlığı Çinin Rusiyadan ən çox neft və qaz alan ölkə olmasıdır:

"Tramp rüsumları 50 faizə qaldırmaqla hədələsə də, Çin Rusiyadan sutkada 2 milyon barel neft almağa davam edir və qazla bağlı mühüm müqavilələri mövcuddur".

Analitik əlavə edib ki, qarşılıqlı sanksiyalar davam edərsə, bu, dünya ticarətinə ciddi təsir göstərəcək. ABŞ və Çin birlikdə dünya üzrə ümumdaxili məhsulun az qala yarısını istehsal edir və iki ölkə arasındakı gərginlik qlobal iqtisadiyyata ciddi təsir edə bilər.

“Əgər gərginlik davam edərsə, yalnız ABŞ və Çin deyil, dünyanın ən ucqarında yerləşən kiçik dövlətlər də zərər çəkə bilər. Ümid edək ki, tərəflər görüşdən imtina etməyəcək və məsuliyyətli addımlar atacaq”, – deyə Səmədov fikrini sonlandırıb.

Jalə Rövşən 

TodayPress TV

FOTOLAR

Ekspert: "ABŞ-Çin gərginliyi dünya iqtisadiyyatını çökdürə bilər" — 1
XƏBƏR LENTİ
15 IYUN 2026
Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Bütün Xəbərlər