Bakı görüşü: İsrail Suriyaya “Misir modeli”ni təklif edir

Bakı görüşü: İsrail Suriyaya “Misir modeli”ni təklif edir
17.09.2025 15:42 Təhlil

Gələn həftə Bakıda Suriya ilə İsrail arasında təhlükəsizlik görüşü keçiriləcək. İsrail qarşı tərəfə Misirlə 1979-cu ildə imzalanmış sülh müqaviləsi modelinə əsaslanan razılaşma təklif edib.

TodayPress TV xəbər verir ki, təklifə görə, Dəməşqin cənub-qərb bölgəsi Suriya qoşunları və hava qüvvələrinin fəaliyyətinə məhdudiyyət qoyulmaqla üç zonaya bölünəcək. 


Bufer zona Suriyanın ərazisinə doğru 2 kilometr genişləndiriləcək, İsraillə sərhəddə isə qoşunların və ağır silahların yerləşdirilməsi qadağan ediləcək.


Bunun müqabilində İsrail Hermon dağı istisna olmaqla, qoşunların mərhələli şəkildə çıxarılmasına hazır olduğunu, eyni zamanda potensial zərbələr üçün İrana hava dəhlizinin saxlanılmasını təklif edir.

İsrailin Suriyaya təklif etdiyi bu razılaşma modeli regional balansa necə təsir edəcək?

Məsələ ilə bağlı TodayPress TV-yə danışan politoloq Azər Qasımov bildirib ki, Suriyada hakimiyyət dəyişikliyi və bunun ardınca yaranan siyasi boşluq, yeni hakimiyyətin hələ zəif olması fonunda İsrailin təklif etdiyi razılaşma modelini Suriya üçün ən məqbul variant kimi dəyərləndirmək olar.


Onun sözlərinə görə, ölkənin parçalanma riski ilə üz-üzə qaldığı bir dövrdə bu təşəbbüs Suriyanın bölünməsinin qarşısını alan addım kimi görünür.

“Şübhəsiz ki, İsrail bu razılaşmada həm Suriyanın ərazi bütövlüyünün qarantı rolunda çıxış edir, həm də öz maraqlarını təmin etməyə çalışır. İranın nəzarətdə saxlanılması üçün dəhliz məsələsində isə Suriya hakimiyyətinin də maraqlı olması gözləniləndir. Çünki İranın hazırkı Dəməşq rəhbərliyinə qarşı mövqeyi aydındır. Belə şəraitdə İsrailin Suriya hava məkanından istifadə edərək İrana zərbə endirmək imkanı həm də Tehran üçün çəkindirici faktor ola bilər”, - deyə ekspert bildirib. 


A.Qasımov hesab edir ki, Misirin vaxtilə buna bənzər razılaşmanı imzaladığı halda Suriyanın bu addımdan imtina etməsi tarixi səhv olar:

“Əksinə, belə bir sənəd bölgədə geosiyasi balansı sabitləşdirə, həm Suriya, həm də İsrailə özünü daha təhlükəsiz hiss etməyə şərait yarada bilər. Xüsusən də ABŞ-nin Suriyanın yeni hakimiyyətinə loyallığı fonunda bu razılaşma region üçün əhəmiyyətli sabitlik təmin edə bilər”.

Qiymət Mahir

TodayPress TV

XƏBƏR LENTİ
30 IYUL 2026
Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Bütün Xəbərlər