ABŞ-İran gərginliyi: Növbədə Türkiyə və Pakistan var?

ABŞ-İran gərginliyi: Növbədə Türkiyə və Pakistan var?
22.10.2025 17:56 Təhlil

ABŞ vitse-prezidenti Ceyms Di Vens bildirib ki, Vaşinqton İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün bütün diplomatik vasitələrdən istifadə edəcək. 

İsraildə keçirdiyi mətbuat konfransında o, “İrana qarşı yeni zərbələr gözlənilirmi?” sualını cavabsız qoyaraq, ABŞ Prezidenti Donald Trampın bu məsələdə mövqeyinin aydın olduğunu deyib. 

Vens vurğulayıb ki, məqsəd İranla normal münasibət qurmaqdır, lakin Tehranın nüvə başlığına malik olmasına icazə verilməyəcək.

Maraqlıdır, ABŞ-nin İranla bağlı bu açıqlaması bölgədə hansı yeni siyasi mesaj kimi dəyərləndirilə bilər?

ABŞ-nin İranın nüvə proqramına qarşı “yalnız diplomatik vasitələrdən istifadə” mövqeyi realdırmı, yoxsa bu bəyanat hərbi variantı gündəmdə saxlamaq üçün diplomatik mesaj xarakteri daşıyır?   

Məsələni TodayPress TV-yə şərh edən politoloq Tofiq Abbasov bildirib ki, ABŞ administrasiyasında İranla bağlı ikili münasibət mövcuddur:

"Vitse-prezident Vens məsələyə daha mötədil platformadan yanaşır, lakin senator Rubio və onun ətrafında olan qüvvələr daha çox pro-İsrail və anti-İran mövqeyindən çıxış edirlər. Bu təsadüfi deyil, çünki ABŞ isteblişmentinin böyük hissəsi İsrail lobbisinin təsiri altındadır. İsrail bu istiqamətdə tükənməz maliyyə vəsaitləri sərf edib.

Trampın da yəhudi lobbisi qarşısında müəyyən zəif nöqtələri var. O, hakimiyyətə gələndə və seçkilərdə əsas maliyyə yükünü məhz yəhudi mənşəli iş adamları daşıyıblar. Buradakı əsas mesaj bəllidir. Tramp artıq açıq şəkildə bəyan edib ki, ona İranın nüvə proqramını bərpa etməsi barədə məlumat verilib və ABŞ bununla razılaşmayacaq. O, zərbə endiriləcəyini də istisna etməyib.

İran tərəfi isə cavab olaraq bildirir ki, “bacarırsınızsa, endirin”. Amma eyni zamanda xəbərdarlıq edir ki, ABŞ-nin bütün hərbi bazaları onların nişangahındadır. Lazım gələrsə, həmin obyektlər hədəfə alınacaq. ABŞ və İsrail də anlayır ki, İranın sözlərinin arxasında həm də əməl dayanır".

Ekspert qeyd edib ki, İranın daxili birliyi onun xilaskarı oldu:

"Təbii ki, Vaşinqtonda da bilirlər ki, İranın nüvə proqramı sırf silah məqsədi daşımır. İranın tibb və enerji sahəsi kifayət qədər inkişaf edib və “dinc atom”un humanitar istiqamətdə böyük təsiri var. Buna baxmayaraq, Qərb İranı psixoloji cəhətdən sındırmağa çalışır. Lakin bu, demək olar ki, mümkün olmayacaq. Rejimi sarsıtmaq cəhdləri uğursuz alındı. İran xalqı yekdil şəkildə milli birliyini qorudu. Düzdür, ölkə daxilində müxaliflər və dini azlıqlar mövcuddur, lakin xarici təhdidlər qarşısında onlar da bir araya gələrək həmrəy oldular. Hətta xaricdə yaşayan bəzi müxaliflər ölkəyə qayıdaraq dövlətə dəstək verdilər və onların çoxu sonradan əfv olundu. Bu faktlar göstərir ki, Qərbin, xüsusilə ABŞ və İsrailin hesablamaları yanlış idi. O da var, İran ciddi itkilər verdi, bəzi hərbi komandirləri və nüvə alimləri aradan götürüldü, lakin bu da prosesin sonu olmadı. Əksinə, nəticədə Qərb dövlətləri özlərini çətin vəziyyətdə tapdılar".

Onun sözlərinə görə, məqsəd müsəlman dünyasının tərəqqisinin qarşısının alınmasıdır: 

"İran heç kimə hücum etmədi, əksinə, ona qarşı hücumlar və təhdidlər həyata keçirildi. Bu səbəbdən də diplomatik vasitələrin effektivliyi, demək olar ki, sıfır səviyyəsindədir. İran artıq anlayır ki, ABŞ ilə danışıqlar, İsrailə güzəştlər və oxşar təşəbbüslər real nəticə vermir. Çünki bu qüvvələr özlərini “şər düşərgəsi”nin təmsilçiləri kimi aparır və açıq şəkildə bəyan edirlər ki, heç bir müsəlman ölkəsinin inkişafına imkan verilməyəcək. Türkiyənin keçmiş təhlükəsizlik orqanlarının nümayəndələrindən birinin sözlərinə görə, İsrailin ABŞ-dəki müəyyən dairələrlə vahid planı var :Türkiyəni parçalamaq və hərbi təzyiq göstərmək. Daha sonra eyni ssenarinin İran və Türkiyə ilə hesablaşmadan sonra Pakistanı da hədəfə alacağı bildirilir. Məqsəd, Pakistanın nüvə silahını əlindən almaqdır. Beləliklə, aydın olur ki, müsəlman dövlətlərinin inkişafı və dirçəlişi Qərb üçün qəbuledilməz sayılır. Onlar düşünürlər ki, bu yüksəlişin qarşısı alınmalıdır. İnkişaf sanki yalnız Qərbin “payına düşən” bir hüquq kimi təqdim olunur".

Analitik, həmçinin qeyd edib ki, buradakı əsas məsələ, İsrailin faktiki olaraq ABŞ-nin əlində bir alət rolunu oyamasıdır. Baxmayaraq ki, Netanyahu siyasi arenada fəal görünür, əslində, İsrailin hərəkətləri ABŞ siyasətinin bir hissəsidir. Hətta ABŞ-də belə bir ironiya var: “Amerikanın ən uğursuz prezidenti Benyamin Netanyahudur.” Bu, Trampın İsrailin radikal rəhbərliyinin təsiri altına düşməsini göstərən bir istehza kimi səslənir.

"Nəticədə Tramp bəzən kortəbii qərarlar verir və bu, onun “Amerikanı yenidən böyük etmək” şüarına zidd təsir göstərir. Çoxları hesab edir ki, proseslərdə dominant qüvvə ABŞ olsa da, faktiki olaraq İsrail və onun lobbiləri bir çox məsələləri Trampa diqtə edir. Bu isə ABŞ-nin imicinə və dövlətçilik ənənəsinə yaraşan mövqe deyil",-politoloq fikrini tamamlayıb.

Jalə Rövşən 

TodayPress TV

FOTOLAR

ABŞ-İran gərginliyi: Növbədə Türkiyə və Pakistan var? — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Bütün Xəbərlər