ABŞ-də etirazlar artır: Vətəndaş müharibəsi gözlənilir?

ABŞ-də etirazlar artır: Vətəndaş müharibəsi gözlənilir?
12.06.2025 17:06 Təhlil

“ABŞ-də baş verən etirazlar siyasi sistemin dayanıqlılığı üçün ciddi sınaqdır”.

Politoloq Amid Əliyev bunu TodayPress TV-yə danışarkən deyib. 

Onun fikrincə, bu hadisələr ABŞ-də mərkəzi hakimiyyətlə ştatlar arasında münasibətlərin getdikcə gərginləşdiyini göstərir. Həmçinin, hazırkı böhran ABŞ siyasi sistemindəki struktur sabitliyinə qarşı real təhlükə yaratmasa da, dövlətlə vətəndaş arasında etimadın zəifləməsi baxımından ciddi əlamətlər daşıyır.

“Demokratlar partiyası üçün yaranmış situasiya siyasi fürsətə çevrilə bilər. Trampın qərarları ilə bağlı Senatda impiçment təşəbbüslərinin səsləndirilməsi, prezidentin siyasi rəqiblərinə əlavə manevr imkanı yaradır. Bununla belə, baş verənlərin vətəndaş müharibəsi səviyyəsinə çatması hələlik real görünmür. Birincisi, ABŞ prezdenti Donald Trampın ölkədə hələ də kifayət qədər dəstək bazası var. İkincisi, ABŞ-də hakimiyyətin zor yolu ilə dəyişdirilməsi presedenti yoxdur. Üçüncüsü isə, tərəflərin siyasi sistemin çərçivəsində ortaq məxrəcə gəlmək ehtimalı daha yüksəkdir”. 

Analitik bu etirazların mərhələli şəkildə genişlənəcəyi və Tramp administrasiyası tərəfdarlarının maraqlarına toxunan daha sərt addımlar atılacağı təqdirdə siyasi qarşıdurmanın daha da kəskinləşə biləcəyini diqqətə çatdırıb. Lakin onun qənaətincə, indiki mərhələdə bunun vətəndaş müharibəsi səviyyəsinə keçəcəyini söyləmək tezdir.

"ABŞ-də baş verən proseslər təkcə daxili siyasətin deyil, bütövlükdə demokratik institutların və federal strukturların möhkəmliyinin ciddi testidir. Trampın davranışları bu sistemin nə dərəcədə çevik və davamlı olduğunu göstərən yeni bir sınaq mərhələsi yaradıb", - deyə o, sözlərini yekunlaşdırıb.

Qeyd edək ki, iyunun 6-da Trampın miqrasiya siyasətinə əsasən Los-Ancelesdə qanunsuz miqrantların kütləvi saxlanılmasına başlanılıb. Bir gün sonra isə şəhərdə hadisə ilə bağlı iğtişaş və aksiyalar başlayıb. Hazırda bütün ölkə üzrə etiraz aksiyaları davam edir.

Töhfə Səməd

XƏBƏR LENTİ
30 IYUL 2026
Ermənistan kimə lazımdır? - Paşinyan bir-bir saydı 20:02 “Böyük endirim” tələsi belə qurulubmuş - Yüzlərlə azərbaycanlı “Telegram”da aldadıldı 19:50 Azərbaycandan qaçdı, Ukraynada tutuldu - İndi geri qaytarılır 19:36 İlham Əliyev prezidentlərlə birlikdə qolf oynadı 19:27 Moskva Zelenskinin “üstündən xətt çəkdi” 19:14 Ocaq yandıran qadın xəstəxanalıq oldu - TƏFƏRRÜATLAR 19:04 Yüzlərlə şəxs həyat yoldaşının gizli “WhatsApp“ yazılarını oxumaq üçün... 18:51 Qarabağ kanalında dəhşətli hadisə - Fövqəladə Hallar hərəkətə keçdi - VİDEO 18:38 Əraqçi ABŞ-nin bazasına görə Bolqarıstana zəng etdi: Elə bir xəbərdarlıq edildi ki… 18:27 İlham Əliyev və xanımı Qırğızıstanda belə qarşılandı - VİDEO 18:16 Minlərlə miqrant İspaniyaya keçdi - Hökumətə təcili çağırış edildi - VİDEO 18:08 Bakı Qızlar Universiteti bağlandı 17:57 Doktorantura səviyyəsi üzrə ixtisasların sayı artdı 17:52 Ferstappen “Red Bull” ətrafındakı söz-söhbətlərə son qoydu 17:30 Reşforddan duyğusal vida: “Hər anından zövq aldım” 17:09 Sinsinnati azarkeşlərinin gözlədiyi xəbər rəsmiləşdi 17:01 SON DƏQİQƏ: Xomeyni limanı üzərində insident 17:01 Kərim Kərimovun yaşadığı binaya xatirə lövhəsi vurulacaq 16:57 Eddi Hau göz yaşları ilə “Nyukasl”a vida etdi 16:48 Rusiya çözüldü: Ukrayna boş yerləri tapdı 16:36 Prezident İlham Əliyev Qırğızıstanda səfərdədir 16:36 “Real”ın gənc müdafiəçisi uzun müddət oynaya bilməyəcək 16:31 Bu ərazilərdə işıq olmayacaq 16:29 Türkiyə millisinin ulduzu “Fənərbağça”nın radarında 16:11 Bəzi yerlərdə küləkli hava müşahidə edilir - FAKTİKİ HAVA 16:03 Bütün Xəbərlər