Yaxın Şərq böhranı futbol dünyasını sarsıdır – Ronaldo getdi

Yaxın Şərq böhranı futbol dünyasını sarsıdır – Ronaldo getdi
03.03.2026 15:11

Kriştianu Ronaldo bölgədə artan gərginlik fonunda Səudiyyə Ərəbistanını təcili tərk edib.

TodayPress TV “The Sun” nəşrinə istinadən xəbər verir ki, “Əl-Nəsr” klubunun yarımmüdafiəçisi ailəsi ilə birlikdə şəxsi təyyarə ilə ölkədən ayrılıb.

Təyyarənin uçuşu “Flightradar” sistemində qeydə alınıb və Madridə eniş etdiyi bildirilir.

Ronaldo nişanlısı Corcina Rodriges və beş övladı ilə birlikdə Ər-Riyadda yaşayırdı. Ötən həftənin sonunda şəhər dron hücumlarına məruz qalıb. Bu hadisələrin Yaxın Şərqdə geosiyasi vəziyyətin gərginləşməsi ilə əlaqəli olduğu vurğulanır. Hücumların davam etməsi futbolçunun ölkəni tərk etmək qərarına təsir göstərə bilər.

Qeyd edək ki, cari mövsümdə 41 yaşlı futbolçu bütün turnirlərdə 22 oyunda 20 qol vurub. Fevral ayında o, Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fondu – Public Investment Fund (PIF) ilə bağlı narazılıq səbəbindən komandanın oyunlarını boykot etmişdi. Ronaldo fondun “Əl-Nəsr”ə digər klublarla, o cümlədən “Əl Hilal”  ilə müqayisədə daha az diqqət və resurs ayırdığını bildirmişdi. Daha sonra o, yenidən komandanın heyətinə qayıtmışdı.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
Rusiya və İrana yeni sanksiyalar TƏSDİQLƏNDİ 21:18 Qırmızı dənizdə neft tankerinə hücumun qarşısı alındı - DETALLAR 21:09 ABŞ-dən İrana yeni ZƏRBƏ: Yüz milyonlarla dollarlıq maliyyə şəbəkəsi hədəfdə! 21:04 Zelenski Serbiyaya İLK rəsmi səfərini etdi! 20:52 Türkmənistana gedənlərin NƏZƏRİNƏ: Artıq növbədə gözləməyə son qoyuldu! 20:43 Laçında yaşayış evlərinin yaxınlığında YANĞIN baş verdi 20:34 Rəşad Dağlı azadlığa çıxır? - Çingiz Qənizadə AÇIQLADI 20:24 Belçika Qrenlandiyaya hərbçi göndərir - Müdafiə naziri ELAN ETDİ 20:13 Türkiyədən Azərbaycana elektrik məhsulları idxalı 37% artdı 20:05 Rusiya "Yujnı" limanını və iki yük gəmisini VURDU! 19:47 17 yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundu 19:41 Axmat Kadırova Çeçenistan Respublikasının Qəhrəmanı adı verildi 19:36 "Real Madrid"in argentinalı ulduzu İtaliyaya yollandı! 19:28 Beyləqanda 15 yaşlı oğlan kanalda boğuldu 19:20 Mirziyoyev Trampı Özbəkistana dəvət etdi 19:13 Qaradağın icra başçısının sabiq müavini 1 il 3 ay həbs cəzası aldı 19:05 Ərdoğan: "Məkkə sazişi sülh istəyən bütün ölkələr üçün açıqdır" 18:56 Ukrayna 2 milyard dollar itirə bilər – Səbəb nədir? 18:46 Kim Çen In 22 milyard dollarlıq "lotereya" uddu! 18:37 Üç ölkə güclərini birləşdirdi! – "Saziş heç bir dövlətə qarşı yönəlməyib" 18:16 Çanaqqalada meşə yanğınları: 541 min 289 hektar ərazi zərər gördü! 18:00 İspaniya İtaliyanı cavab tədbirləri ilə hədələdi - Seutada nə baş verir? 17:46 İsrail hərbçiləri Suriya ilə sərhədi KEÇDİ - Dəməşqin sülh cəhdləri boşa çıxır? 17:57 SON DƏQİQƏ: Rusiya Odessada futbol stadionunu vurdu, bir nəfər yaralandı - VİDEO 17:59 Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verdi 17:49 Bütün Xəbərlər