Yapon futbolunun simvolu karyerasını davam etdirir

Yapon futbolunun simvolu karyerasını davam etdirir
22.12.2025 16:29

Karyerasını davam etdirən 58 yaşlı yaponiyalı futbolçu Kazuyoşi Miura Cey-liqanın üçüncü divizionunda çıxış edən “Fukusima Yunayted” klubuna keçməyə yaxındır.

TodayPress TV “Japan Times” nəşrinə istinadən xəbər verir ki, əfsanəvi hücumçu peşəkar karyerasında 41-ci mövsümünə başlamağa hazırlaşır.

Məlumata görə, forvard yeni komandaya bir illik icarə əsasında qoşulacaq. Ötən mövsümü “Atletiko Sudzuka” klubunda keçirən Miuranın transferinin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Kazuyoşi Miuranın son illərdəki keçidləri adətən oyun nömrəsinə uyğun olaraq 11 yanvar saat 11:11-də elan edilir.

Fevral ayında 59 yaşını qeyd edəcək futbolçu son mövsümdə 7 oyunda meydana çıxıb.

Xatırladaq ki, Kazuyoşi Miura 1986-cı ildə Braziliyanın “Santos” klubunda peşəkar debüt edib. O, karyerası ərzində İtaliya, Xorvatiya, Avstraliya və Portuqaliya klublarında da çıxış edib. Miura Cey-liqanın yaradılmasından sonra Yaponiyada futbolun populyarlaşmasında əsas simalardan biri hesab olunur. O, Yaponiya millisinin heyətində keçirdiyi 89 oyunda 55 qol vurub.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
ABŞ-dən İrana yeni ZƏRBƏ: Yüz milyonlarla dollarlıq maliyyə şəbəkəsi hədəfdə! 21:04 Zelenski Serbiyaya İLK rəsmi səfərini etdi! 20:52 Türkmənistana gedənlərin NƏZƏRİNƏ: Artıq növbədə gözləməyə son qoyuldu! 20:43 Laçında yaşayış evlərinin yaxınlığında YANĞIN baş verdi 20:34 Rəşad Dağlı azadlığa çıxır? - Çingiz Qənizadə AÇIQLADI 20:24 Belçika Qrenlandiyaya hərbçi göndərir - Müdafiə naziri ELAN ETDİ 20:13 Türkiyədən Azərbaycana elektrik məhsulları idxalı 37% artdı 20:05 Rusiya "Yujnı" limanını və iki yük gəmisini VURDU! 19:47 17 yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundu 19:41 Axmat Kadırova Çeçenistan Respublikasının Qəhrəmanı adı verildi 19:36 "Real Madrid"in argentinalı ulduzu İtaliyaya yollandı! 19:28 Beyləqanda 15 yaşlı oğlan kanalda boğuldu 19:20 Mirziyoyev Trampı Özbəkistana dəvət etdi 19:13 Qaradağın icra başçısının sabiq müavini 1 il 3 ay həbs cəzası aldı 19:05 Ərdoğan: "Məkkə sazişi sülh istəyən bütün ölkələr üçün açıqdır" 18:56 Ukrayna 2 milyard dollar itirə bilər – Səbəb nədir? 18:46 Kim Çen In 22 milyard dollarlıq "lotereya" uddu! 18:37 Üç ölkə güclərini birləşdirdi! – "Saziş heç bir dövlətə qarşı yönəlməyib" 18:16 Çanaqqalada meşə yanğınları: 541 min 289 hektar ərazi zərər gördü! 18:00 İspaniya İtaliyanı cavab tədbirləri ilə hədələdi - Seutada nə baş verir? 17:46 İsrail hərbçiləri Suriya ilə sərhədi KEÇDİ - Dəməşqin sülh cəhdləri boşa çıxır? 17:57 SON DƏQİQƏ: Rusiya Odessada futbol stadionunu vurdu, bir nəfər yaralandı - VİDEO 17:59 Azərbaycan beynəlxalq axtarışda olan şəxsi Türkmənistana təhvil verdi 17:49 Naxçıvanda ictimai nəqliyyat nağdsız ödənişə keçir 17:51 Premyer ulduzu barədə ciddi ittiham irəli sürüldü! 17:40 Bütün Xəbərlər