Ürək problemi yaşayan Luçeskudan ilk açıqlama!

Ürək problemi yaşayan Luçeskudan ilk açıqlama!
30.03.2026 10:23

Futbol üzrə Rumıniya millisinin baş məşqçisi Mirça Luçesku hospitalizasiya olunduqdan sonra səhhəti ilə bağlı açıqlama verib.

TodayPress TV “Sporturilor” nəşrinə istinadən xəbər verir ki, 80 yaşlı mütəxəssis özünü yaxşı hiss etdiyini, lakin hələ bir müddət xəstəxanada qalacağını bildirib:

“Hazırda özümü yaxşı hiss edirəm. Tam bərpa olunmuşam, amma əlavə müayinələrdən keçməliyəm, buna görə də xəstəxanada qalacağam”.

Məlumata görə, Luçeskuda ürək ritm pozuntusu diaqnozu qoyulub. O, Buxarest Universitetinin Təcili Yardım Xəstəxanasına ciddi ürək ritmi pozğunluğu səbəbindən yerləşdirilib.

Məşqçi həkim nəzarəti altında qalacaq və xüsusi müalicə alacaq.

Qeyd edək ki, Luçesku martın 29-da Slovakiyaya yoldaşlıq oyunu üçün uçuşdan əvvəl keçirilən son məşq ərəfəsində özünü pis hiss edib.

Xatırladaq ki, Rumıniya yığma komandası martın 26-da dünya çempionatı-2026-nın seçmə mərhələsinin pley-offunda Türkiyə millisinə 0:1 hesabı ilə məğlub olub. Komanda martın 31-də Bratislavada Slovakiya millisi ilə yoldaşlıq oyunu keçirəcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
Rəsmiyyətə bir addım qaldı: Qazaxıstan yeni məşqçisini tapdı! 15:36 Fazil Mustafa: “Tarixi şəxsiyyətləri bütləşdirmək doğru deyil” 15:34 TƏCİLİ: Ukrayna dronları Yaltanı vurdu, çimərliklər bağlandı - VİDEO 15:32 Azərbaycanın gənc basketbolçularından xarakter nümayişi! 15:15 "Tarqovı"da obyekt yanır - VİDEO - YENİLƏNDİ 11:51 Bu iki ölkə AB-yə qoşulacaq 15:08 Yemelyanenko yox, Verdum! Uoker seçimiylə təəccübləndirdi 15:04 Bir il kənarda qaldı, “Formula-1”ə sevgisi daha da artdı! 14:51 Üç ölkə “Məkkə Sazişi” imzaladı - Üzvlərdən birinə hücum edilsə... 14:45 Hemilton “Ferrari”də nəhayət dönüş nöqtəsinə çatdı! 14:39 Tovuzda 65 yaşlı qadın öldürüldü, qardaşı oğlu tutuldu 14:28 Hörmüz boğazı ilə bağlı razılaşma əldə olundu 14:23 Xodar tennis tarixinin seçilmişləri sırasına düşdü! 14:14 İsrailin Türkiyəyə qarşı gizli planı ortaya çıxdı 14:11 Bayındır Avropa Liqası iştirakçısına transfer olundu! 13:48 Xameneinin səhhəti pisləşdi - İDDİA 13:39 Azərbaycanda yeni komitə yaradıldı - SƏRƏNCAM 13:24 Azərbaycanın Pakistandakı səfiri dəyişdi 13:22 Azərbaycanın Malayziyadakı səfiri geri çağırıldı 13:20 Abel Məhərrəmovun səfir oğlu geri çağırıldı 13:18 Jurnalist vəsiqəsi haqqında dəyişiklik edildi 13:12 Media və Yayım Şurasına əlavə hüquq və vəzifələr verilib 13:09 Media və Yayım Şurası yaradıldı 12:57 Moskvada güclü partlayış səsi: Ukrayna zərbəsi, yoxsa supersonik sınaq? - VİDEO 12:55 Emin Rzayev Qazaxıstanda rəqiblərinə şans vermədi! 12:47 Bütün Xəbərlər