Uimbldon çempionu uzun müddətə diskvalifikasiya olundu

Uimbldon çempionu uzun müddətə diskvalifikasiya olundu
22.06.2026 23:50

Çexiyalı tennisçi Marketa Vondrouşova dopinq testindən keçməkdən imtina etdiyi üçün dörd il müddətinə diskvalifikasiya olunub.

TodayPress TV xəbər verir ki, bu barədə Beynəlxalq Tennis Dürüstlük Agentliyinin (ITIA) mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Vondrouşova 2025-ci ilin dekabr ayının əvvəlində yarışdankənar dopinq testindən keçməkdən imtina edib. Dinləmələr zamanı idmançı qərarını stres, psixi sağlamlığındakı problemlər və şəxsi təhlükəsizliyi ilə bağlı narahatlıqları ilə izah edib. Onun sözlərinə görə, dopinq nəzarətçisi gecə saatlarında evinə gəlib, lakin o, qapını açmayıb.

Bununla belə, müstəqil tribunal təqdim olunan arqumentləri cəzanın ləğvi və ya yüngülləşdirilməsi üçün kifayət qədər inandırıcı hesab etməyib.

Tennisçinin diskvalifikasiya müddəti 21 iyun 2030-cu il tarixinədək qüvvədə olacaq. Bu müddət ərzində Vondrouşovaya Beynəlxalq Tennis Federasiyası (ITF), Qadın Tennis Assosiasiyası (WTA), Peşəkar Tennisçilər Assosiasiyası (ATP) və milli assosiasiyaların himayəsi altında keçirilən turnirlərdə iştirak etmək, məşqçilik fəaliyyəti ilə məşğul olmaq və ya bu tədbirlərdə hər hansı formada yer almaq qadağan edilib.

Qeyd edək ki, Marketa Vondrouşova Açıq Era tarixində qadınların fərdi yarışında Uimbldon turnirinin səpələnmişlər siyahısında yer almayan ilk çempionu kimi tarixə düşüb. O həmçinin Tokio Olimpiadasının fərdi yarışlarında gümüş medal qazanıb və karyerası ərzində üç WTA tituluna sahib olub.

TodayPress TV

XƏBƏR LENTİ
12 AVQUST 2026
İlin ikinci Günəş tutulması başladı 20:26 Ələt-Astara yolunda QƏZA Xəsarət alanlar var 20:21 "Sabah" "Orhus" azarkeşləri ilə bağlı insidentə aydınlıq gətirdi 20:09 Fransada quraqlıq - 40 mindən çox insan SUSUZ QALDI! 19:58 Robert Gilmanın azadlığı Rusiya-ABŞ münasibətlərinə nə vəd edir? – Ramiz Yunus AÇIQLADI 19:46 Paşinyan və Zelenski arasında telefon danışığı - Nələr müzakirə olundu? 19:29 “Sabah” ABŞ-li basketbolçu Frenki Fidleri heyətinə qatdı! 19:22 Mingəçevirdə 21 yaşlı oğlan su anbarında BATDI 19:12 "İranın edə biləcəyi heç nə yoxdur!" - Tramp 19:07 Xocavənd rayonunda mina partladı, xəsarət alanlar var 18:57 Husilər son 6 gündə böyük itki verdi - Rəqəmlər AÇIQLANDI 18:35 Yasamal rayonunda oğurluq edən şəxslər saxlanıldılar 18:38 Tailand ABŞ-yə qarşı TƏZYİQƏ başladı? – Hökumətdən cavab gəldi! 18:26 İran və ABŞ arasında müzakirələr DAYANIB? – Yüksək rütbəli rəsmi AÇIQLADI 18:15 Qara dənizdə bir gündə iki NATO kəşfiyyat təyyarəsi GÖRÜLDÜ 18:03 Kobaxidze Azərbaycan Prezidentinin Naxçıvanda verdiyi mesajlara münasibət bildirdi 18:08 Zelenski azərbaycanlı hərbçiləri təltif etdi 17:17 Bu ölkə İrana xəbərdarlıq etdi 17:03 İranın Ali Lideri niyə ictimaiyyət qarşısına çıxmır? - AÇIQLANDI 16:29 MÜTDA elektron attestatlarla bağlı narahatlığa aydınlıq gətirdi 16:32 Makqreqordan həmyerlisinə döyüş öncəsi möhtəşəm dəstək! 16:26 Azərbaycan ötən ay gündə 453 min barel neft hasil edib 16:23 Lionel Messi atasının vəfatından sonra ilk dəfə paylaşım edib 17:20 “Tesla” 20 mindən çox avtomobilini geri çağırdı 16:09 Göl qismən qurudu, 200 illik “Ekskalibur” ortaya çıxdı 16:09 Bütün Xəbərlər