UEFA Çempionlar Liqası: "Sabah" qələbə qazandı - VİDEO
"Sabah" UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinə vəsiqə qazanıb.
TodayPress TV xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu kollektiv I təsnifat mərhələsinin cavab oyununda Uelsdə TNS komandası ilə üz-üzə gəlib.
Qarşılaşma "bayquşlar"ın qələbəsi ilə yekunlaşıb - 2:1. 28-ci dəqiqədə Coy-Lens Mikels, 42-ci dəqiqədə Rəhman Daşdəmirov fərqlənib. Rəqibin heyətində 89-cu dəqiqədə Coş Lok təsəlli qolunun müəllifi olub.
22:21
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Sabah" ikinci qolu vurub.
TodayPress TV xəbər verir ki, ikinci qolu 42-ci dəqiqədə Rəhman Daşdəmirov vurub - 2:0.
22:05
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Sabah" hesabı açıb.
TodayPress TV xəbər verir ki, matçda ilk qolu Coy-Lens Mikels vurub.
Hücumçu 28-ci dəqiqədə meydan sahiblərini məyus edib.
21:30
UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin TNS (Uels) - "Sabah" oyunu başlayıb.
TodayPress TV xəbər verir ki, qarşılaşma "Park Holl" stadionunda keçirilir.
Matçın baş hakimi ispaniyalı Mateo Buskets Ferrerdir.