UEFA Avropa Liqası: "Qarabağ" "Vestri"ni məğlub etdi - YENİLƏNDİ
“Qarabağ” İslandiyanın “Vestri” komandasını 3:0 hesabı ilə məğlub edərək UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsinə yüksəlib.
01:17
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Vestri" (İslandiya) - "Qarabağ" oyununda üçüncü qol vurulub.
TodayPress TV xəbər verir ki, “Qarabağ” hesabı daha da artırıb - 3:0.
00:35
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Vestri" (İslandiya) - "Qarabağ" oyununda ikinci qol vurulub.
TodayPress TV xəbər verir ki, “Qarabağ” hesabı artırıb - 2:0.
00:10
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Vestri" (İslandiya) - "Qarabağ" oyununda hesab açılıb.
TodayPress TV xəbər verir ki, “Qarabağ” hesabı açıb - 1:0.
00:00
UEFA Avropa Liqasının I təsnifat mərhələsinin "Vestri" (İslandiya) - "Qarabağ" oyunu başlayıb.
TodayPress TV xəbər verir ki, qarşılaşma Reykyavikdəki "Torfnesvöllur" stadionunda keçirilir.
Matçın baş hakimi çexiyalı FIFA referisi Marek Radinadır.