Sensasion müqayisə: Oveçkini Ronalduya bənzətdilər!

Sensasion müqayisə: Oveçkini Ronalduya bənzətdilər!
04.06.2026 11:35

Rusiya Xokkey Federasiyasının birinci vitse-prezidenti Roman Rotenberq NHL-də çıxış edən Aleksandr Oveçkin ilə portuqaliyalı futbol ulduzu Kriştianu Ronaldu arasında müqayisə aparıb.

TodayPress TV xəbər verir ki, bu barədə ТАСС agentliyi məlumat yayıb. 

Rotenberqin fikrincə, Oveçkin oyun üslubuna görə daha çox Ronalduya bənzəyir:

“Oveçkini Kriştianu Ronalduya bənzətmək olar. Çünki o, daha çox qolçu tipli oyunçudur. Lionel Messi isə daha çox oyunun beyni, pleymeyker rolunu yerinə yetirir”.

Qeyd edək ki, Oveçkin ötən mövsüm NHL-in müntəzəm çempionatında 82 oyunda 64 xal (32 qol, 32 məhsuldar ötürmə) toplayıb.

Aleksandr Oveçkin NHL-in müntəzəm mövsümləri tarixinin ən yaxşı bombardiri hesab olunur. Pley-off mərhələləri də daxil olmaqla, o, liqada ümumilikdə 1006 şayba vurub və bu göstərici ilə tarixdə ikinci pillədə qərarlaşıb. Siyahıya 1016 şayba ilə Ueyn Qretski başçılıq edir.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Arvadını qətlə yetirən şəxsə hökm oxundu 16:54 Dünya çempionatı: İbrahim Həsənov yarımfinala vəsiqə qazandı - YENİLƏNDİ 15:10 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Bütün Xəbərlər