Ronaldo DÇ-2026-da da ağlayacaq? - Buna görə mərc yaratdılar

Ronaldo DÇ-2026-da da ağlayacaq? - Buna görə mərc yaratdılar
12.06.2026 22:30

Bukmeker kontorları Portuqaliya millisinin əfsanəvi hücumçusu Kriştianu Ronaldonun 2026-cı il dünya çempionatında göz yaşlarına boğulma ehtimalını qiymətləndiriblər.

TodayPress TV xəbər verir ki, bu barədə məlumatı “Sports” nəşri yayıb.

Analitiklər 41 yaşlı ulduz futbolçunun turnir zamanı ağlamaq ehtimalını 73% olaraq dəyərləndirirlər. Maraqlıdır ki, cəmi bir həftə əvvəl bu əmsal xeyli aşağı – 50% civarında idi. Portuqaliyalının karyerasındakı bu son böyük turnirdə keçirəcəyi emosional anlar bukmekerlərin də diqqət mərkəzindədir.

Qeyd edək ki, Portuqaliya yığması DÇ-2026-da ilk matçını iyunun 17-də Konqo Demokratik Respublikası millisinə qarşı keçirəcək. Ronaldonun komandası ilə yanaşı, qrupda Özbəkistan və Kolumbiya yığmaları da mübarizə aparır.

Bundan əvvəl isə bukmeker kontorları Ronaldo ilə onun əbədi rəqibi, Argentina millisinin kapitanı Lionel Messinin bu dünya çempionatındakı məhsuldarlığının müqayisəsi üzrə mərc qəbuluna başlamışdılar. Hazırkı əmsallara görə, Messinin Ronaldodan daha çox qol vurma ehtimalı 1,76, portuqaliyalı forvardın argentinalını qabaqlama ehtimalı isə 3,70 reytinqlə qiymətləndirilir.

Xatırladaq ki, portuqaliyalı ulduz DÇ-2022-in 1/4 finalında Mərakəş millisinə 1:0 uduzduqları matçda da gözyaşlarına hakim ola bilməmişdi.

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
UEFA vacib oyunu azərbaycanlı FIFA referisinə həvalə etdi 15:37 “Qarabağ”ın Konfrans Liqası oyununa FIFA referisi təyin edildi 15:33 Stalinin güllələtdiyi zadəganın SSRİ neft sənayəsini dirçəltmiş akademik oğlu: Midhət Abbasov-100 15:28 Niderland millisini tanınmış keçmiş futbolçu çalışdıra bilər 15:09 Prezidentin təltif olunduğu orden: Daha kimlərə verilib? 15:19 “Nyukasl” daha bir ulduzunu itirdi: Gimarayens gedir 15:05 Zirzəmisində ölü döl tapılan “Vital Hospital”da yoxlama aparıldı 14:56 Putin niyə Paşinyanı baş nazir kimi təbrik etmir? 14:09 Səs-küylü transfer: Ter Ştegen “Ayaks” yolunda 14:50 Portuqaliya millisinin ulduzu Premyer Liqaya yollanır 14:47 Rusiyaya Ermənistandan gələn günün bəd xəbəri: dəmir yollarını... 14:04 Bakıda təkər tullantıları yanır - VİDEO 14:14 Nüvə başlığı daşıya bilən Rusiya raketi Polşa ərazisində partladı 14:12 Sabiq direktor məhkəmə qarşısında: 186 min manatlıq mənimsəmədə ittiham olunur 13:51 HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 Bütün Xəbərlər