“Qarabağ” ÇL-in dadını çıxarır

“Qarabağ” ÇL-in dadını çıxarır
02.10.2025 09:32

Bakı UEFA Çempionlar Liqasının Liqa mərhələsinin II turu çərçivəsində “Qarabağ” – “Kopenhagen” oyununa ev sahibliyi etdi. Mühüm qarşılaşma öncəsi Tofiq Bəhramov adına Respublika stadionuna baxdıqca, doymadığımız bir görüntü seyr etdik.

Bəli, bura Tofiq Bəhramov adına Respublika stadionudur. Həmişəki məkan, həmin atmosferə rəng qatan mənzərə doğma arenamızda Qarabağ atlarının oyun öncəsi dördnala məğrur yerişi oldu. Bu mənzərəni Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın qonağı olan Danimarka çempionu “Kopenhagen”in oyundaşları təəccüb dolu baxışlarla seyr etdilər. Amma dərk etmədilər ki, bu onlara bir işarədir. İki həftə əvvəl Lissabonda “Benfika”ya dağ çəkən çempionumuz bu gedişlə dəqiqələr sonrası avropalıları doğma arenada “dördnala çapacağına” işarə etdi.

Dolu tribunalar önünə rəqibin işini bitirmək üçün çıxan “Qarabağ” vədinə əməl etdi. İlk 45 dəqiqədə arenada yaşananlar Niderlanddan olan FIFA referisi Serdar Gözübüyükün “gözünü böyütdü”.

Belədə olmalı idi. Oyun öncəsi hamı “Qarabağ”dan uğurlu nəticə gözləyirdi. Çünki “Benfika” üzərindəki qələbəni və doğma meydança amilini nəzərə alanda, adam təmsilçimizdən ancaq qalibiyyət gözləyir. Elədə oldu. “Qarabağ” uğurlu Lissabon startının ardını bu dəfə doğma Bakımızda Abdullah Zubir və Emmanuel Addainin qolları ilə gətirdi.

“Şirlər” üzərində 2:0 hesablı qələbədən sonra “Qarabağ” Çempionlar Liqasının Liqa mərhələsindəki xallarının sayını 6-ya çatdırıb, şəxsi büdcəsini 4,2 milyon avro artıraraq, “Bavariya”,“Real Madrid”, PSJ, “İnter” və “Arsenal” kimi dünya nəhəngləri ilə ilk 6-lıqda, adlı-sanlı “Borussiya”, “Mançester Siti”, “Tottenhem”, “Atletiko”, “Nyukasl”, “Marsel”, “Brügge”, “Sportinq”, “Ayntraxt”, “Barselona” və qrup rəqibləri “Liverpul”, “Çelsi”, “Napoli”yə yuxarıdan-aşağı baxır.

“Qarabağ”ın Liqa mərhələsində neçə xal toplayacağını proqnozlaşdırmaq çox çətindir. Amma nə qədər çox qələbə qazansalar, xal toplasalar, bir o qədər yaxşıdır. Real danışsaq, “Liverpul”, “Çelsi” və “Napoli” kimi adlı-sanlı rəqiblərdən xal almaq çətin görünür. Bu, asan iş deyil. Bura qədər “Qarabağ” çox böyük işlər görüb, öz boyundan hündürə tullanıb. “Liverpul”, “Çelsi” və “Napoli”nin hazırda hansı gücdə olduqlarını nəzərə alaraq belə, “Qarabağ”a “Avropa nəhəngləri” ilə matçlarda uğurlar arzulayıram.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
“Qarabağ” istiyə görə uduzdu? - Qurbanovdan AÇIQLAMA 23:41 Hörmüzdə iki güclü partlayış: İran “düşmən hədəflərinə” zərbə endirdi 23:52 TƏCİLİ: İraq ordusu döyüşə hazır vəziyyətə gətirildi 23:48 Pezeşkian müharibə planını açıqladı: Qonşu ölkələr nə etdi? 23:37 Qalibaf ABŞ-ni hədələdi: “Kütləvi hücum gəlir” 22:43 Azərbaycanlı sürücülər günlərlə sərhəddə qaldı - Gürcüstan hərəkətə keçdi 22:53 “Qarabağ” “Dinamo”ya uduzdu 22:59 Velosiped sürən azyaşlı traktorun altında qaldı - İmişlidə dəhşətli hadisə 22:16 İran bu ölkələr üçün Hörmüzün “qapısını” bağlayır 22:12 Nazir Kiyevdə Azərbaycan səfirliyinə getdi - Görüşün DETALLARI 22:30 Zelenski və Ceyhun Bayramov nələri müzakirə etdilər? - Detallar - VİDEO - YENİLƏNDİ 20:33 ABŞ İran gəmilərini Hörmüzün “boğazında” qoydu 22:07 ABŞ-dən Avropaya: “Artıq təhlükəsizliyinizi özünüz də qoruyun” 22:01 Çimərlik voleybolu üzrə ölkə çempionatında yarımfinal mərhələsi başa çatdı 21:58 Dəməşqdə mikroavtobus partladı, ölənlər var 21:50 "İranın nüvə silahına yiyələnməməsi üçün əməliyyat uğurla gedir" - Tramp 21:44 Sürücülərin NƏZƏRİNƏ! Paytaxtın iki küçəsində hərəkət məhdudlaşdırılacaq 21:35 UEFA Konfrans Liqası: "Qarabağ" "Dinamo" ilə matçda geriyə düşüb 21:10 Quterreşdən təcili ÇAĞIRIŞ: Rusiya-Ukrayna arasında qeyd-şərtsiz atəşkəs tələb olunur 21:17 Qara dənizdə gəmi hücumları ARTIR- Türkiyə MTŞ toplandı 20:57 Ceyhun Bayramov ilə İqor Klimenko təhlükəsizlik məsələlərini müzakirə etdilər 20:50 ABŞ Kubaya qarşı sanksiyaları genişləndirdi – Siyahıda kimlər var? 20:47 Hörmüz boğazında xidmət haqları necə hesablanacaq? – İran XİN-dən AÇIQLAMA 20:22 XİN Ceyhun Bayramovun İrpen şəhərinə səfəri ilə bağlı məlumat yaydı 20:27 16 yaşlı gənc dənizdə BATDI - Axtarışlar aparılır 20:16 Bütün Xəbərlər