Mundial başlamadan Haiti forması mübahisə yaratdı!

Mundial başlamadan Haiti forması mübahisə yaratdı!
11.06.2026 09:57

FIFA Haiti millisindən DÇ-2026 ərəfəsində formasının dizaynını dəyişməyi tələb edib. 

TodayPress TV xəbər verir ki, bu barədə BBC məlumat yayıb. 

Bildirilir ki, Haiti yığması dünya çempionatındakı ilk oyununa cəmi bir neçə gün qalmış formasının dizaynını dəyişdirmək məcburiyyətində qalıb.

Millinin əvvəlki formasında Haitinin müstəqilliyinin əldə olunmasında mühüm rol oynamış 1803-cü ildəki Vertyer döyüşünü əks etdirən illüstrasiya və ölkə bayrağı təsvir olunmuşdu. Bu isə FIFA qaydalarına uyğun hesab edilməyib.

Beynəlxalq futbol qurumunun reqlamentinə əsasən, oyun formalarında siyasi, dini və ya şəxsi mesajlar, şüarlar və bu cür məzmun daşıya biləcək elementlərin yerləşdirilməsi qadağandır.

FİFA bəzi vizual elementlərin müxtəlif şəkildə şərh oluna biləcəyini əsas gətirərək Haiti millisindən dizayna dəyişiklik etməyi tələb edib.

Qeyd edək ki, Haiti yığması DÇ-2026-nın C qrupunda ilk matçını iyunun 14-də Şotlandiya millisinə qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 05:00-da start götürəcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
06 AVQUST 2026
Yoğurt həmişə faydalı deyilmiş: Mədə problemi olanlara XƏBƏRDARLIQ 00:39 DİQQƏT! - Bu ərazilərdə işıq olmayacaq 00:44 Pentaqon 25 illik silah arxivinə qadağa qoydu! - Səbəb nədir? 01:19 Sulutəpədə avtoservisdə YANĞIN baş verdi 00:49 UEFA Çempionlar Liqası: "Fənərbağça" qələbə qazandı 00:29 Yəmən sahillərində raket hücumu - Neft gəmisi hədəf alındı! 00:00 4 mərtəbəli bina UÇDU - Axtarış işləri aparılır 23:54 "ABŞ və İsrail İranı 48 saat ərzində ələ keçirmək istəyirdi" - Pezeşkian 23:42 Sürücülərin NƏZƏRİNƏ!: Bakının daha üç küçəsində təmir işləri aparılacaq 23:30 Zelenskinin vəzifədən azad etdiyi Ukraynalı diplomata YENİ İTTİHAM 23:07 Çempionlar Liqası: "Sabah" səfərdə "Orhus"a məğlub oldu 21:13 Omanla danışıqlar yekunlaşır! - Qəribabadi AÇIQLADI 23:03 Ebola epidemiyası 2 dəfə sürətlə yayılır! - ÜST rəhbərindən XƏBƏRDARLIQ 22:51 Gürcüstanda kütləvi elektrik kəsintisinin səbəbi bu imiş 22:40 Bakıda məscid ərazisində baş verən yanğın söndürüldü - YENİLƏNİB 21:54 "Nə lazımdırsa edəcəyik!" - Netanyahu nə planlaşdırır? 22:21 Rutte Ukrayna üçün raket axtarışını SÜRƏTLƏNDİRİR - Müttəfiqlər ayağa qaldırıldı 22:09 İran XİN: ABŞ-dən mesajlar almışıq! 21:57 FIFA-da qalmaqal: Final kimə və nə qarşılığında verilir? 21:40 Hakan Fidan: “İsrailin sülh niyyəti yoxdur!” 21:27 Qəzzada müharibə dayanmayacaq? İsrail AÇIQLADI 21:19 Məhkəmə MN-in sabiq rəisi ilə bağlı qərarını belə dəyişdi 21:07 Gürcüstan yenə “qaranlığa qərq oldu” - Sabotaj araşdırması başlanıldı 20:51 TRIPP-in “taleyi” bu tarixdə bəlli olacaq - Ermənistan Məhkəməsi qərar verəcək 20:44 “Orhus” - “Sabah” oyununun vaxtı dəyişdirildi 20:31 Bütün Xəbərlər