Mayk Tayson Floyd Meyvezerlə döyüşəcək

Mayk Tayson Floyd Meyvezerlə döyüşəcək
05.09.2025 14:17

Boks üzrə amerikalı dünya çempionları Mayk Tayson və Floyd Meyvezer arasında sərgi döyüşü keçiriləcək. 

TodayPress TV xəbər verir ki, bu barədə "ESPN" məlumat yayıb.

Mənbənin məlumatına görə, döyüşün 2026-cı ildə baş tutması planlaşdırılır. Döyüşün dəqiq tarixi və yeri hələlik açıqlanmayıb.

Qeyd edək ki, 2024-cü ilin noyabrında Mayk Tayson bloger Ceyk Paula qarşı döyüşüb və səkkiz raund davam edən görüşdə hakimlərin yekdil qərarı ilə uduzub.

Peşəkar karyerası ərzində Mayk Tayson 58 döyüş keçirib, 50 qələbə qazanıb (44-ü nokautla), 6 məğlubiyyəti var, 2 döyüş isə nəticəsiz sayılıb.

Floyd Meyvezer isə sonuncu dəfə 2021-ci ilin iyulunda bloger Loqan Paulla döyüşüb. Həmin sərgi qarşılaşmasında qalib müəyyən edilməsə də, statistik üstünlük Meyvezerdə olub.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUN 2026
Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Zakir Həsənov Azərbaycan Ordusunun şəxsi heyətini təbrik etdi 15:51 Vuçiç Gürcüstanda rəsmi səfərdədir 15:43 Filippində güclü zəlzələ oldu 15:30 Aİ-dən Rusiyaya bu sanksiyaları tətbiq etdi 15:23 Narişkindən Ermənistana xəbərdarlıq: Qərbə arxalanmaq ölkədə problemlər yarada bilər 15:11 Azərbaycanlı futbolçu Kipr klubuna keçdi 15:05 Tramp doğum günündə tribunada yatdı - VİDEO 15:01 Lukaşenko və Putin yaxın vaxtlarda görüşəcək 14:50 Kobaxidze İran-ABŞ razılaşmasına reaksiya verdi 14:44 Putin "Allahın Evi"ni vurdu - Qarşı tərəfdən cavab gecikmədi... 14:11 Baş nazir Əli Əsədov Ümummilli lideri ziyarət etdi 13:47 "Odlar Yurdu" Honq Konqu fəth etməyə gedir! 13:37 Ərdoğan Azərbaycanı təbrik etdi 13:27 Tokiodan İranla bağlı qəfil həmlə: Bağlı qapılar arxasında nələr baş verir? 13:19 Tehran hərəkətə keçdi: Əraqçidən Ankara, Bağdad və Qahirəyə təcili zəng! 13:04 Məşhur futbolçu Fransa Prezidenti olacaq? 12:54 Sabah hava necə olacaq? - AÇIQLANDI 12:39 Təlim uçuşu faciə ilə bitdi: təyyarə yerə çırpıldı - İki pilot həlak oldu - VİDEO 12:32 Ərdoğandan İran-ABŞ razılaşmasına reaksiya 12:08 Azərbaycan XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmaya reaksiya verdi 12:10 Bütün Xəbərlər