“Mançester Yunayted”dən Kerrik qərarı – müqavilə rəsmiləşdi!

“Mançester Yunayted”dən Kerrik qərarı – müqavilə rəsmiləşdi!
22.05.2026 14:22

“Mançester Yunayted” klubu Maykl Kerrikin baş məşqçi postuna təyinatını rəsmən təsdiqləyib.

TodayPress TV klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, daha əvvəl komandaya müvəqqəti rəhbərlik edən Kerrik növbəti mövsümdə də “qırmızı şeytanlar”ı çalışdıracaq.

Klub tərəflər arasında yeni müqavilə imzalandığını açıqlayıb. Məşqçi ilə sözləşmə 2028-ci ilə qədər nəzərdə tutulub.

44 yaşlı mütəxəssis bu ilin 13 yanvarında Ruben Amorimin istefasından sonra komandaya baş məşqçi təyin olunmuşdu. Onun ilk müqaviləsi 2026-cı ilin yayına qədər qüvvədə idi.

Qeyd edək ki, Kerrikin rəhbərliyi altında “Mançester Yunayted” Premyer Liqada keçirdiyi 15 oyunun 10-da qələbə qazanıb və növbəti mövsüm üçün UEFA Çempionlar Liqasına vəsiqə əldə edib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Bütün Xəbərlər