Madrid nəhəngi seçki qalmaqalına cavab verdi

Madrid nəhəngi seçki qalmaqalına cavab verdi
03.06.2026 09:35

“Real Madrid” klubu prezidentliyə namizəd Enrike Rikelmenin seçki prosesi ilə bağlı səsləndirdiyi qalmaqallı fikirlərə rəsmi bəyanatla cavab verib.

TodayPress TV xəbər verir ki, bu barədə “kral klubu”nun rəsmi saytı məlumat yayıb. 

Bildirilib ki, Rikelme daha əvvəl klub prezidentliyinə seçkilərin şəffaflığına şübhə etdiyini açıqlayıb və prosesi Venesueladakı kommunist diktatura ilə müqayisə edib.

Bununla əlaqədar olaraq “Real”ın Seçki Komissiyası açıqlama yayaraq aşağıdakı məqamlara aydınlıq gətirib:

Heç bir namizədə klub üzvlərinin siyahısı təqdim edilməyib; 

Hər iki namizədə seçki materiallarının üzvlərə çatdırılması proseduru barədə rəsmi məlumat verilib; 

Namizədlər göndərmək istədikləri sənəd və materialları Seçki Komissiyasına təqdim edir, onların yayılmasını isə klub həyata keçirir; 

Materialların qəbulu üçün son tarix 1 iyun saat 18:00 müəyyənləşdirilib; 

Poçt vasitəsilə göndərilən səslərin təhlükəsizliyi ilə bağlı iddialar əsassız hesab olunub; 

Şəffaflığın artırılması məqsədilə namizədlərə bülletenlərin saxlanıldığı əraziyə müşahidəçi təyin etmək imkanı yaradılıb; 

Bütün seçki prosedurlarının qüvvədə olan qaydalara uyğun həyata keçirildiyi vurğulanıb. 

Bəyanatda Seçki Komissiyasının bütün proses boyu qaydalara ciddi şəkildə əməl etdiyi qeyd olunub və seçki prosesinə hörmətlə yanaşmağa çağırış edilib.

Xatırladaq ki, “Real Madrid” klubunda prezident seçkiləri iyunun 7-də keçiriləcək. Seçkilərdə hazırkı prezident Florentino Peres və iş adamı Enrike Rikelme mübarizə aparacaqlar.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUN 2026
"Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 Bütün Xəbərlər