FIDE reytinqi: Azərbaycan şahmatçılarının yeni mövqeləri bəlli oldu
FIDE dünya şahmatçılarının reytinqini açıqlayıb.
TodayPress TV xəbər verir ki, Azərbaycanın kişi şahmatçılarından ən yaxşı göstərici Şəhriyar Məmmədyarova məxsusdur.
Beynəlxalq qrossmeyster may ayının əmsallar cədvəlində 2717 xalla 26-cıdır.
Şahmatçılarımızdan Teymur Rəcəbov (2689) 39-cu, Aydın Süleymanlı (2665) 49-cu, Eltac Səfərli (2648) 70-ci, Rauf Məmmədov (2636) isə 90-cı sırada pillədə qərarlaşıb.
Qadın şahmatçılarımızdan ən yaxşı göstərici Ülviyyə Fətəliyevaya məxsusdur. O, 2450 əmsalla 25-cidir.
Ülviyyənin komanda yoldaşlarından Günay Məmmədzadə (2374) 69-cu, Gövhər Beydullayeva (2368) 72-ci, Xanım Balacayeva (2350) isə 94-cüdür.
Qeyd edək ki, FIDE reytinqində kişilərdə norveçli Maqnus Karlsen (2840), qadınlarda isə çinli Hou Yifan (2596) liderdir.
Namiq HUN