Ferstappen və Hemiltonun narazılığı təsadüfi deyil – F1 silkələnir

Ferstappen və Hemiltonun narazılığı təsadüfi deyil – F1 silkələnir
16.02.2026 11:44

Yeni mövsümə hazırlıq çərçivəsində təqdim edilən yeni güc qurğusu və texniki reqlament “Formula-1” dünyasında ciddi müzakirələrə səbəb olub. 

Bəhreyndə keçirilən testlər göstərdi ki, dəyişikliklər sadəcə texniki yenilənmə deyil. Bu, “Formula-1”in gələcək istiqamətini müəyyən edə biləcək strateji dönüş nöqtəsidir. Keçmiş pilot Devid Kulthardın Maks Ferstappen və Lyuis Hemiltonun tənqidlərinə dəstək verməsi isə narazılığın yalnız pilotlarla məhdudlaşmadığını göstərir.


Hemiltonun bolidlərin əvvəlkindən daha yavaş hiss olunduğunu deməsi əslində texniki fəlsəfə dəyişiminin göstəricisidir. Sürət yarışının yeni reqlamentində elektrik enerjisinin payı artırılır, yanacaq səmərəliliyi ön plana çıxarılır və “yaşıl” texnologiyalar tətbiq olunur. Bu isə klassik “Formula-1” azarkeşlərinin gözlədiyi maksimum sürət və aqressiv performansla ziddiyyət yarada bilər. Sürətin azalması televiziya məhsulu kimi yarışların vizual cazibəsini də risk altına qoyur.

Lando Norrisin enerji səmərəliliyi ilə bağlı tələbi yeni reqlamentin ən mübahisəli tərəflərindən biridir. “Formula-1”də pilotun rolu azalır, mühəndis strategiyası artır. 


Oskar Piastrinin “fəlakət resepti” kimi xarakterizə etdiyi yeni düzxətli rejim isə startlarda əlavə risk yarada bilər. Start fazası onsuz da “Formula-1”də ən təhlükəli mərhələlərdən sayılır. Bu səbəbdən innovasiya ilə təhlükəsizlik standartları uyğunlaşdırılmalıdır.


“Red Bull”un texniki direktoru Pyer Vaçenin minimal çəkiyə çatmağın çətin olacağını deməsi mühəndislər üçün ciddi çağırışdır. Elektrik komponentlərinin artması bolidin ümumi çəkisini artıra, idarəetməni çətinləşdirə və təkər aşınmasına təsir edə bilər. Ağır bolidlər isə döngələrdə sürəti azaltmaqla yarışların dinamizmini aşağı sala bilər.

Temp baxımından üstünlük qazanılması yeni reqlamentlərin həmişə olduğu kimi “boşluq” yarada biləcəyini göstərir. F1 tarixində 2014 hibrid erasının əvvəlində “Mercedes”, 2022 aero reqlamentində “Red Bull2 kimi nümunələr var. Əgər qaydalar düzgün balanslaşdırılmazsa dominantlıq dövrü uzana və yarışa maraq azala bilər.


Bir sözlə, 2026 reqlamenti ətrafında yaranan mübahisələr təsadüfi deyil. Yeni güc qurğuları və texniki dəyişikliklər “Formula-1”də sürət və şou elementi, enerji effektivliyi, təhlükəsizlik, mühəndislik kompleksliyi və komandalararası balans kimi fundamental məsələləri yenidən gündəmə gətirir. Bu səbəbdən “Formula-1” hazırda yalnız texniki transformasiya yox, həm də identiklik böhranı yaşayır. Tezliklə “Formula-1”in texnologiyanın vitrini olacağı, yoxsa yarış dramının zirvəsinə yüksələcəyinə aydınlıq gələcək. 

Namiq HUN

XƏBƏR LENTİ
16 IYUN 2026
ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Lukaşenko: "Tramp müharibəni tamamilə dayandıra bilər" 00:59 "Turan Tovuz" avrokuboklardan kənarlaşdırıldı - RƏSMİ 01:05 Bubista İspaniyanı necə dayandırdıqlarından danışdı: "Fədakarlıq etdik!" 00:49 ABŞ-də bombardmançı təyyarə qəzaya uğradı 00:15 Ərdoğan və Quterreş regional böhranları müzakirə etdilər 23:39 "Patriot" tapılmır, növbə "SAMP/T"dadır – 15 ölkə Avropa sisteminə keçir 23:23 Köhnə Günəşlidə yanğın baş verdi - VİDEO 23:12 DÇ-2026: Belçika-Misir oyunu başa çatdı 23:08 FIFA Tramp üçün protokol qaydalarını pozacaq 22:37 Livan rəsmilərinə təcili zəng: Əraqçi ABŞ ilə memorandumun detallarını açıqladı 22:52 Ankaradan dəstək: Ərdoğan ABŞ-İran sazişini alqışladı 22:31 İspaniya-Kabo Verde matçının ən yaxşısı qapıçısı bəlli oldu 22:40 İran işi bitdi, növbə Ukraynanındır.. - Tramp 22:27 Livanı tərk etməkdən söhbət belə gedə bilməz – İsrailin Baş naziri 22:32 Netanyahu: Qəzzada etdiklərimizi Livanda da edəcəyik 22:24 Pezeşkian: "ABŞ ilə yekun razılaşma hələ formalaşdırılmayıb" 22:12 DÇ-2026: İspaniya millisi Kabo Verde seçməsinə qalib gələ bilmədi 20:09 Yəmən sahillərində tankerə atəş açıldı 21:56 ABŞ-nin bir cümləsi bütün hesabları qarışdırdı: İran niyə fərqli danışır? - YENİLƏNİB 21:26 Bütün Xəbərlər