Fabreqas: “Komandam xarakter göstərdi”

Fabreqas: “Komandam xarakter göstərdi”
13.04.2026 13:43

Sesk Fabreqas rəhbərlik etdiyi “Komo” klubunun “İnter”ə məğlubiyyətini şərh edib.

TodayPress TV xəbər verir ki, İtaliya A Seriyasının XXXII turunda “Komo” evdə “İnter”ə 3:4 hesabı ilə uduzub.

Fabreqas oyundan sonra bildirib ki, komandası məğlub olsa da, xarakter nümayiş etdirib:

“Turnir cədvəlində neçənci yerdə olduğumuzu bilmirəm – mövsümün əvvəlindən baxmamışam və indi də baxmaq fikrim yoxdur. Komandam bir daha göstərdi ki, cəsarətli və enerjilidir. Məğlub olsaq da, futbolçular xarakter ortaya qoydular.

Bəli, səhvlər etdik, amma bu gənc komandadır və biz hər səhvi cəzalandıran rəqibə qarşı oynayırdıq.

Mən statistikaya baxmağı sevirəm – çox az komanda “İnter”ə qarşı oyunda 20 zərbə vurmağı bacarır. İki il əvvəl kimsə desəydi ki, biz “İnter”lə belə mübarizə aparacağıq, bunu yalnız yoldaşlıq oyunu kimi qəbul edərdim. Amma indi biz onlarla bərabər səviyyədə mübarizə aparırıq”.

Hazırda “Komo” XXXII turdan sonra 58 xalla İtaliya A Seriyası turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
HƏMAS-dan mühüm açıqlama: Silahları təhvil verməyə hazırıq 13:47 “Sabah”ın növbəti avrokubok sınağının hakimi bəlli oldu 13:33 Azərbaycan və Qırğızıstan prezidentlərinin təltifolunma mərasimi keçirildi - FOTO 13:28 “Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bütün Xəbərlər