Əfsanə hərracda: Ferrari 250 GTO 70 milyon dolları keçə bilər

Əfsanə hərracda: Ferrari 250 GTO 70 milyon dolları keçə bilər
05.01.2026 10:00

Dünyanın ən nadir Ferrari avtomobillərindən biri hərraca çıxarılıb. 

TodayPress TV xəbər verir ki, söhbət 1962-ci il istehsalı olan Ferrari 250 GTO modelindən gedir. 

Bu avtomobil tarixin ən bahalı Ferrarisi ola bilər. Avtomobil yanvarın 17-də ABŞ-nin Florida ştatının Kissimmee şəhərində keçiriləcək Mecum hərracında satışa çıxarılacaq. Ekspertlər hesab edir ki, bu nadir nümunə rekord məbləğə satıla bilər.

Hərraca çıxarılan avtomobilin 3729GT seriya nömrəsi var. O, 1962-ci ilin iyulunda britaniyalı sabiq pilot Con Kumbsa təhvil verilib. Kumbs bu avtomobillə müxtəlif yarışlarda iştirak edib. Həmin il Qrem Hill Ferrari 250 GTO ilə Gudvudda keçirilən “Tourist Trophy” yarışında çıxış edib. Daha sonra isə Roy Salvadori bu avtomobili Brands Hatch trasında təşkil olunan “Peco Trophy” yarışında idarə edib.

Avtomobilin mühərriki iki dəfə dəyişdirilib. Hazırda üzərində 3 litrlik Tipo 168/62 V12 mühərriki quraşdırılıb. Mühərrikin gücü 300 at qüvvəsidir.

Ferrari 250 GTO 1960-cı illərin əvvəlində GT sinfi üzrə Qrup 3 yarışları üçün hazırlanmış, omologasiya olunmuş yol versiyasıdır. Model 1962-1964-cü illər arasında istehsal edilib və cəmi 36 ədəd buraxılıb. Bu da onu Ferrari tarixinin ən nadir avtomobillərindən birinə çevirir.

Qeyd edək ki, Ferrari 250 GTO artıq tarixin ən bahalı Ferrari modeli hesab olunur. 2023-cü ilin noyabrında RM Sotheby’s hərracında 3765LM seriya nömrəli 250 GTO 51,7 milyon dollara satılıb.

Daha əvvəl, 2018-ci ildə, 4153GT seriya nömrəli Ferrari 250 GTO özəl satış çərçivəsində WeatherTech şirkətinin icraçı direktoru Devid Maknil tərəfindən 70,2 milyon dollara alınıb. Bu avtomobil hələ də Ferrari tarixinin ən bahalı nümunəsi olaraq qalır.

Mecum hərracı üçün avtomobilin ilkin qiyməti açıqlanmayıb. Lakin mütəxəssislər hesab edir ki, satış məbləği 70 milyon dolları da keçə bilər.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bütün Xəbərlər