Dünya kuboku: Üç boksçumuz finala yüksəldi

Dünya kuboku: Üç boksçumuz finala yüksəldi
26.04.2026 13:33

Braziliyanın Fos-du-İquasu şəhərində boks üzrə keçirilən Dünya kubokunda yarımfinal mərhələsinin döyüşləri başa çatdı.

TodayPress TV xəbər verir ki, Azərbaycan millisinin 3 idmançısı bu mərhələdə qələbə qazanaraq finala yüksəlib.

50 kq-da Sübhan Mamedov Anvarjan Xodjiyevlə (Qırğızıstan) üz-üzə gəlib. Boksçumuz rəqibini 4:1 (30:27, 30:27, 30:27, 30:27, 28:29) hesabı ilə məğlub edib. O, finalda İssam Bensayarla (Mərakeş) döyüşəcək.

Səidcəmşid Cəfərov (75 kq) da komanda yoldaşının uğurunu davam etdirib. O, finala gedən yolda Qabriel Quidi Rontani (İtaliya) üzərində inamlı qələbə qazanıb – 5:0 (30:27, 30:26, 30:27, 30:27, 30:27). Cəfərov həlledici görüşdə Tauan Silva (Braziliya) ilə gücünü yoxlayacaq.

Məhəmməd Abdullayev (+90 kq) yarımfinalda da rinqdən qalib ayrılıb. Boksçumuz bu dəfə Omar Şinaya (Norveç) gücünü göstərib – 5:0 (29:28, 30:27, 29:28, 30:27, 29:28). Milli üzvü finalda Davit Çaloyanla (Ermənistan) qüvvəsini sınayacaq.

Nəbi İsgəndərov (70 kq) isə yarımfinalda Kaian Reisi (Braziliya) döyüşüb və rəqib finala vəsiqə qazandığından boksçumuz bürünc medala sahib olub.

Qeyd edək ki, Dünya kubokuna bu gün, aprelin 26-da yekun vurulacaq.

TodayPress TV

FOTOLAR

Dünya kuboku: Üç boksçumuz finala yüksəldi — 1
Dünya kuboku: Üç boksçumuz finala yüksəldi — 2
Dünya kuboku: Üç boksçumuz finala yüksəldi — 3
XƏBƏR LENTİ
16 IYUN 2026
Leyla Əliyeva UNFCCC-in icraçı katibi ilə görüşdü 13:30 Sabahın havası açıqlandı: 35 dərəcə isti... 13:12 "Şəfa" Elnur Cəfərovla müqavilə müddətini uzatdı 13:08 Ermənistanı işğalda saxlayan simvollar 13:01 Magistr olmaq istəyənlərin diqqətinə: Nəticələr açıqlandı 12:55 Paşinyan arvadını ABŞ-yə göndərir 12:49 Ermənistanda ara qarışdı - Paşinyan Rusiyanın ağır toplarının həbsinə başladı 12:45 Məktəblərdə müəllimlərə yeni forma məcburi olur - Bu geyimlərə QADAĞA qoyuldu 12:40 Ukrayna Rusiyanı yerə doldurur - 32 zavoddan 30-u darmadağın edildi 12:33 Niyə “Sədərək” hər yay yanır? - SƏBƏB 12:28 Məhkəmə Əli Kərimli barəsində qərar verdi 12:20 Belə axmaqlara görə günahsız insanlar ölür – 25 sutkalıq cəza verildi - VİDEO 12:15 Tramp və Zelenski G7 sammitinə gəldilər - VİDEO 12:10 Azərbaycan nefti kəskin ucuzlaşdı 12:04 ABŞ İranı əvvəl dağıtdı, indi 300 milyard dollara tikəcək... 11:53 Jurnalist vəsiqəsi ödənişsiz oldu 11:49 İran millisində azərbaycanlılar fırtına törədirlər 11:47 Ötən həftə bu ərazilər minalardan təmizləndi 11:45 Qarabağ Zəfərindən informasiya suverenliyinə: yeni media idarəetmə sistemi 11:28 Bakıda tavan uçdu, göydən başına adam düşdü - VİDEO 11:24 Makronun xanımı ilə Trampın qeyri-adi görüntüləri yayıldı - VİDEO 11:15 Xəzərdə insanları dibə çəkən “gizli əllər”in sirri açıldı – Ekspertdən həyəcan təbili 11:11 Avtoxuliqanlıq edən sürücü həbs edildi - VİDEO 11:10 Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Bütün Xəbərlər