Dieqo Simeone: “Klublararası dünya çempionatı tamam fərqli turnirdir”

Dieqo Simeone: “Klublararası dünya çempionatı tamam fərqli turnirdir”
13.06.2025 12:30

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone klublararası dünya çempionatındakı komandasının perspektivləri barədə fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, bu barədə FIFA-nın rəsmi saytı məlumat yayıb. 

“Hamımız bilirik ki, qrup mərhələləri nə qədər çətin ola bilər. Qarşıda üç güclü rəqib var. Əsas məqsədimiz pley-off mərhələsinə vəsiqə qazanmaqdır. Ondan sonra isə vəziyyətə uyğun hərəkət edəcəyik.

Turnir UEFA Çempionlar Liqasından fərqlənir. Orada ev və səfər formatında iki oyundan ibarət duellər olur. Burada isə hər şey bir oyunda həll olunur. Daha çox dünya çempionatına bənzəyir. Kim daha yaxşı formada olacaqsa, o da qalib gələcək. Təcrübəmə əsaslanaraq deyə bilərəm ki, nəticə böyük ölçüdə hazırkı performansdan asılıdır. Lazımi anda oyuna köklənə bilsən, istədiyin nəticəyə nail olmaq mümkündür”, – deyə Simeone bildirib. 

Qeyd edək ki, İspaniya təmsilçisi B qrupunda PSJ (Fransa), “Botafoqo” (Braziliya) və “Sietl Saunders” (ABŞ) klubları ilə qarşılaşacaq.

Namiq HUN

XƏBƏR LENTİ
01 AVQUST 2026
Ukrayna Fransaya yardım göndərdi 16:00 Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Yaponiya yeni mərkəzləşdirilmiş xüsusi xidmət orqanı yaratdı 16:22 Dünya çempionatı: İbrahim Həsənov 1/4 finala vəsiqə qazandı 15:10 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Bütün Xəbərlər