DÇ-2026: İspaniya yarımfinala yüksələn ilk komanda oldu - YENİLƏNDİ
Futbol üzrə dünya çempionatında İspaniya Fransanı məğlub edərək finala yüksələn ilk komanda olub.
TodayPress TV xəbər verir ki, Dallas stadionunda keçirilən yarımfinal mərhələsinin matçında ispanlar 2:0 hesablı qələbəyə seviniblər.
00:23
Futbol üzrə dünya çempionatının Fransa - İspaniya oyununda ikinci qol vurulub.
TodayPress TV xəbər verir ki, Dallas stadionunda keçirilən yarımfinal mərhələsinin matçında ispanlar hesabı daha da artırıblar - 2:0.
23:29
Futbol üzrə dünya çempionatının Fransa - İspaniya oyununda ilk qol vurulub.
TodayPress TV xəbər verir ki, Dallas stadionunda keçirilən yarımfinal mərhələsinin matçında ispanlar hesabda irəli çıxıblar - 1:0.
22-ci dəqiqədə Mikel Oyarsabal penalti zərbəsini dəqiq yerinə yetirib.
23:02
Futbol üzrə dünya çempionatının Fransa - İspaniya oyunu başlayıb.
TodayPress TV xəbər verir ki, yarımfinal mərhələsinin matçı Dallas stadionunda keçirilir.
Qarşılaşmanı salvadorlu FIFA referisi İvan Barton idarə edir.