DÇ-2026-da iştirakı rəsmiləşən 20-ci ölkə
Əlcəzair yığma komandası DÇ-2026-nın əsas mərhələsinə vəsiqə qazanıb.
TodayPress TV xəbər verir ki, “səhra tülküləri” Afrika zonası üzrə seçmə məhələnin IX turunda Somaliyə (3:0) qalib gəlməklə bu uğura imza atıblar.
Somali qalibiyyətindən sonra aktivinə 22-ci xalını yazdıran Əlcəzair yığması sona bir tur qalmış ən yaxın izləyicisi Uqandanı 4 xal üstələyir.
Daha əvvəl Yaponiya, İran, Cənubi Koreya, İordaniya, Özbəkistan, Avstraliya, Mərakeş, Tunis, Misir, Argentina, Ekvador, Braziliya, Uruqvay, Paraqvay, Kolumbiya və Yeni Zelandiya DÇ-2026-ya adını yazdırıb.
Qeyd edək ki, DÇ-2026-nın final mərhələsi gələn il iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada təşkil olunacaq.
Namiq HUN