Cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku başa çatdı

Cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku başa çatdı
05.04.2026 18:31

Gəncə İdman Sarayında təşkil olunan beynəlxalq turnirin son günündə daha 8 çəki dərəcəsində qalib və mükafatçılar müəyyənləşib. Azərbaycan cüdoçuları ikinci günü 2 qızıl, 1 gümüş və 8 bürünc olmaqla ümumilikdə 11 medalla başa vurublar.

TodayPress TV xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının "Facebook" hesabında məlumat verilib.

Məlumatda bildirilir ki, Yusif Nəzər (-73 kq) və Yaqub Məmmədov (-81 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. Sadiq Məmmədov (-73 kq) gümüş medalla kifayətlənib. Bürünc medallara isə Akif Məmmədli (-73 kq), Polad Həsənli, Amin Mehdiyev (hər ikisi -81 kq), Ömər Axundov, Nurəddin Əliyev (hər ikisi -90 kq), Hüseyn Hüseynov, Tamerlan Əliyev (hər ikisi +90 kq) və Məsumə Məmmədli (-70 kq) sahib çıxıblar.

Xatırladaq ki, turnirin ilk günündə Rza Xəlilli (-55 kq) qızıl medal əldə edib. Fatimə Fərmanzadə (-48 kq), Fərid Rzazadə (-50 kq), İbrahim Talıbov (-55 kq), İlkin Qarayev (-66 kq) gümüş, Sunay Salamova (-40 kq), Fatimə Abdullayeva (-44 kq), Könül Eyvazlı (-52 kq), Zəhra Mövləmverdiyeva, Nərmin Ağamirzəzadə (hər ikisi -52 kq), Fərid Xudiyev (-55 kq), Mehman Əsgərov (-60 kq) və Sənan Piriyev (-66 kq) bürünc medala yiyələniblər.

Beləliklə, Azərbaycan millisi Gəncə Avropa Kubokunu ümumilikdə 3 qızıl, 5 gümüş və 16 bürünc olmaqla 24 medalla komanda hesabında 2-ci pillədə tamamlayıb.

TodayPress TV

FOTOLAR

Cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku başa çatdı — 1
Cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku başa çatdı — 2
Cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku başa çatdı — 3
Cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku başa çatdı — 4
XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Bütün Xəbərlər