Cüdo üzrə Beynəlxalq Masters Turnirinə yekun vuruldu

Cüdo üzrə Beynəlxalq Masters Turnirinə yekun vuruldu
22.03.2026 21:37

Almaniyanın Bremen şəhərində cüdo üzrə Beynəlxalq Masters Turnirinə yekun vurulub.

TodayPress TV xəbər verir ki, yarışın son günündə U-21 yaş kateqoriyasında mübarizə aparan gənc oğlanlardan ibarət Azərbaycan yığması uğurlu çıxışı ilə seçilib.

Millimiz 3 qızıl, 2 gümüş və 7 bürünc medal qazanaraq turniri komanda hesabında birinci pillədə başa vurub.

Cəsur İbadlı (-81 kq), Süleyman Şükürov (-90 kq) və Ramazan Əhmədov (+100 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Ayxan Mirzəzadə (-60 kq) ilə Əli Qazıməmmədov (-90 kq) gümüş medala sahib olublar.

Bürünc medalları isə Səlim Sultanov (-73 kq), Mehdi Abbasov (-81 kq), Roman Qarayev (-81 kq), Davud Namazlı (-100 kq), Vidad Əliyev (-100 kq), Eldar Əliyev (+100 kq) və Sübhan Axundov (+100 kq) əldə ediblər.


Qeyd edək ki, ötən gün U-18 yaş kateqoriyasında çıxış edən yeniyetmə oğlanlardan ibarət millimiz də 4 qızıl, 3 gümüş və 8 bürünc medalla yarışı ilk pillədə tamamlamışdı.

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
Əhaliyə sarı xəbərdarlıq! 16:33 Boğazda düyün hissi hansı hallarda təhlükəlidir? 16:10 Hərbi qulluqçular imtahana cəlb olunur - FOTO 16:13 Azərbaycanda vergi borcları 4 milyard manatı keçib 16:06 Jurnalistika üzrə qabiliyyət imtahanının nəticələri açıqlandı 16:00 Nuru Paşa ilə Özdəmiroğlu Osman Paşanı müqayisə etmək olar? - DETALLAR 15:50 Uşaq bağçaları YOXLANILACAQ 15:45 Rəsmiyyətə bir addım qaldı: Qazaxıstan yeni məşqçisini tapdı! 15:36 Fazil Mustafa: “Tarixi şəxsiyyətləri bütləşdirmək doğru deyil” 15:34 TƏCİLİ: Ukrayna dronları Yaltanı vurdu, çimərliklər bağlandı - VİDEO 15:32 Azərbaycanın gənc basketbolçularından xarakter nümayişi! 15:15 "Tarqovı"da obyekt yanır - VİDEO - YENİLƏNDİ 11:51 Bu iki ölkə AB-yə qoşulacaq 15:08 Yemelyanenko yox, Verdum! Uoker seçimiylə təəccübləndirdi 15:04 Bir il kənarda qaldı, “Formula-1”ə sevgisi daha da artdı! 14:51 Üç ölkə “Məkkə Sazişi” imzaladı - Üzvlərdən birinə hücum edilsə... 14:45 Hemilton “Ferrari”də nəhayət dönüş nöqtəsinə çatdı! 14:39 Tovuzda 65 yaşlı qadın öldürüldü, qardaşı oğlu tutuldu 14:28 Hörmüz boğazı ilə bağlı razılaşma əldə olundu 14:23 Xodar tennis tarixinin seçilmişləri sırasına düşdü! 14:14 İsrailin Türkiyəyə qarşı gizli planı ortaya çıxdı 14:11 Bayındır Avropa Liqası iştirakçısına transfer olundu! 13:48 Xameneinin səhhəti pisləşdi - İDDİA 13:39 Azərbaycanda yeni komitə yaradıldı - SƏRƏNCAM 13:24 Azərbaycanın Pakistandakı səfiri dəyişdi 13:22 Bütün Xəbərlər