Belarus qapıçı Azərbaycanda rekorda imza atdı

Belarus qapıçı Azərbaycanda rekorda imza atdı
29.12.2025 04:00

Azərbaycan Premyer Liqasının 2025/26 mövsümünün arxada qalan ilk hissəsində klublar 35 qapıçı sifariş edib.

Onlardan 23-ü yerli, 12-si legioner statusuna malikdir.

TodayPress TV xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Bu qolkiperlərdən 13-ü meydana çıxmayıb. Baş tutan 16 turda 12 komanda 22 qapıçıya güvənib. Əlcək sahiblərindən 17-si quru oyun keçirməyə nail olub.

Ən çox matçda qapısını toxunulmaz saxlayan “beşlik”:

1. Oleq Baklov (“Turan Tovuz”) – 8 quru (15 oyun)

2. Stas Pokatilov (“Sabah”) – 8 (16)

3. Andrey Sinenka (“İmişli”) – 7 (16)

4-5. Kenan Piriç (“Neftçi”) – 6 (16)

4-5. Rikardo Fernandes (“Şamaxı”) – 6 (16)

Mövsümün ilk hissəsinin ən uzun quru oyunlar seriyası 5 matçdan ibarətdir. Andrey Sinenka ilk 5 turda qapısını toxunulmaz saxlayıb. Baxmayaraq ki, onun əvəzlənməsindən sonra komandası qol buraxıb. O, yalnız VI turda Premyer Liqada keçirdiyi 529-cu dəqiqədə topu qapısında görüb. Bu, mövsümün rekordudur.

Şahrudin Məhəmmədəliyevin quru seriyası isə davam edir. II tura təsadüf edən ilk matçda qol buraxan qolkiper sonrakı 5 matçda qapısını toxunulmaz saxlayıb. Onun seriyası 468 dəqiqəyə bərabərdir.

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
Luka Zidan "Qranada" ilə müqaviləsini LƏĞV ETDİ 22:17 Qara dənizdə Türkiyə gəmisi VURULDU 22:11 22:10 Sadəcə qələbə kifayət deyil: Azərbaycan Cənubi Qafqazın oyun qaydasını necə yenidən yazdı? 22:03 Cəbrayılın iki kəndi alova büründü 21:52 Yaxın günlərdə ATƏŞKƏS ola bilər - Bessent ELAN ETDİ 21:47 Səudiyyə Ərəbistanı ABŞ tankerlərindən imtina edir - İDDİA 21:35 İranda PARTLAYIŞ: Hərbçilər hədəf alındı, ölənlər var 21:31 Rusiya və İrana qarşı yeni sanksiyalar TƏSDİQLƏNDİ 21:18 Qırmızı dənizdə neft tankerinə hücumun qarşısı alındı - DETALLAR 21:09 ABŞ-dən İrana yeni ZƏRBƏ: Yüz milyonlarla dollarlıq maliyyə şəbəkəsi hədəfdə! 21:04 Zelenski Serbiyaya İLK rəsmi səfərini etdi! 20:52 Türkmənistana gedənlərin NƏZƏRİNƏ: Artıq növbədə gözləməyə son qoyuldu! 20:43 Laçında yaşayış evlərinin yaxınlığında YANĞIN baş verdi 20:34 Rəşad Dağlı azadlığa çıxır? - Çingiz Qənizadə AÇIQLADI 20:24 Belçika Qrenlandiyaya hərbçi göndərir - Müdafiə naziri ELAN ETDİ 20:13 Türkiyədən Azərbaycana elektrik məhsulları idxalı 37% artdı 20:05 Rusiya "Yujnı" limanını və iki yük gəmisini VURDU! 19:47 17 yaşlı qıza nişan mərasimi keçirildi, valideynləri polisə dəvət olundu 19:41 Axmat Kadırova Çeçenistan Respublikasının Qəhrəmanı adı verildi 19:36 "Real Madrid"in argentinalı ulduzu İtaliyaya yollandı! 19:28 Beyləqanda 15 yaşlı oğlan kanalda boğuldu 19:20 Mirziyoyev Trampı Özbəkistana dəvət etdi 19:13 Qaradağın icra başçısının sabiq müavini 1 il 3 ay həbs cəzası aldı 19:05 Ərdoğan: "Məkkə sazişi sülh istəyən bütün ölkələr üçün açıqdır" 18:56 Bütün Xəbərlər