Avropa çempionatında iki karateçimiz medal görüşünə çıxacaq

Avropa çempionatında iki karateçimiz medal görüşünə çıxacaq
21.05.2026 10:50

Almaniyada karate üzrə Avropa çempionatı davam edir.

TodayPress TV xəbər verir ki, Frankfurt şəhərində keçirilən yarışın ilk günündə Azərbaycanın iki qadın karateçisi bürünc medal uğrunda mübarizə aparmaq hüququ qazanıb.

Avropa çempionu Irina Zaretska (68 kq) yarımfinal mərhələsini keçə bilməyib. Təsəlliverici görüşdə Şimali Makedoniya təmsilçisi Era Kocanı məğlub edən idmançımız bürünc medal uğrunda ispan Mariya Nieto ilə qarşılaşacaq.

Digər karateçimiz Gülay Orucova (61 kq) yarımfinalda rusiyalı Altana Basanqovaya uduzub. Buna baxmayaraq, o, Bosniya və Herseqovina təmsilçisi Emina Sipoviçlə üçüncülük uğrunda döyüşəcək.

Hər iki karateçimiz şənbə günü bürünc medal görüşünə çıxacaq.

Bu gün kata üzrə kişi komandamız, həmçinin kumite yarışlarında karateçilərimiz mübarizə aparacaq. Kumitedə qadın komandamız Şotlandiya, kişi komandamız isə İspaniya ilə üz-üzə gələcək.

Qeyd edək ki, Azərbaycan Avropa çempionatında 23 karateçi ilə təmsil olunur. 50 ölkədən 500-ə yaxın idmançının qatıldığı turnir mayın 24-də başa çatacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
07 AVQUST 2026
Hörmüzdə iki güclü partlayış: İran “düşmən hədəflərinə” zərbə endirdi 23:52 TƏCİLİ: İraq ordusu döyüşə hazır vəziyyətə gətirildi 23:48 Pezeşkian müharibə planını açıqladı: Qonşu ölkələr nə etdi? 23:37 Qalibaf ABŞ-ni hədələdi: “Kütləvi hücum gəlir” 22:43 Azərbaycanlı sürücülər günlərlə sərhəddə qaldı - Gürcüstan hərəkətə keçdi 22:53 “Qarabağ” “Dinamo”ya uduzdu 22:59 Velosiped sürən azyaşlı traktorun altında qaldı - İmişlidə dəhşətli hadisə 22:16 İran bu ölkələr üçün Hörmüzün “qapısını” bağlayır 22:12 Nazir Kiyevdə Azərbaycan səfirliyinə getdi - Görüşün DETALLARI 22:30 Zelenski və Ceyhun Bayramov nələri müzakirə etdilər? - Detallar - VİDEO - YENİLƏNDİ 20:33 ABŞ İran gəmilərini Hörmüzün “boğazında” qoydu 22:07 ABŞ-dən Avropaya: “Artıq təhlükəsizliyinizi özünüz də qoruyun” 22:01 Çimərlik voleybolu üzrə ölkə çempionatında yarımfinal mərhələsi başa çatdı 21:58 Dəməşqdə mikroavtobus partladı, ölənlər var 21:50 "İranın nüvə silahına yiyələnməməsi üçün əməliyyat uğurla gedir" - Tramp 21:44 Sürücülərin NƏZƏRİNƏ! Paytaxtın iki küçəsində hərəkət məhdudlaşdırılacaq 21:35 UEFA Konfrans Liqası: "Qarabağ" "Dinamo" ilə matçda geriyə düşüb 21:10 Quterreşdən təcili ÇAĞIRIŞ: Rusiya-Ukrayna arasında qeyd-şərtsiz atəşkəs tələb olunur 21:17 Qara dənizdə gəmi hücumları ARTIR- Türkiyə MTŞ toplandı 20:57 Ceyhun Bayramov ilə İqor Klimenko təhlükəsizlik məsələlərini müzakirə etdilər 20:50 ABŞ Kubaya qarşı sanksiyaları genişləndirdi – Siyahıda kimlər var? 20:47 Hörmüz boğazında xidmət haqları necə hesablanacaq? – İran XİN-dən AÇIQLAMA 20:22 XİN Ceyhun Bayramovun İrpen şəhərinə səfəri ilə bağlı məlumat yaydı 20:27 16 yaşlı gənc dənizdə BATDI - Axtarışlar aparılır 20:16 İsrail Livanın cənubuna hücumları artırır - Bir gündə 113 mərmi! 20:11 Bütün Xəbərlər