Vətən müharibəsi iştirakçıları məktəblilər ilə görüşdü

Vətən müharibəsi iştirakçıları məktəblilər ilə görüşdü
09.10.2025 13:57 Sosial

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə məktəblilər üçün “Konstitusiya və Suverenlik ili” və Vətən müharibəsinin 5-ci ildönümünə həsr edilən tədbir təşkil olunub. 

TodayPress TV xəbər verir ki, General-leytenant Kərim Kərimov adına 8 nömrəli tam orta məktəbdə təşkil edilən görüş Dövlət Himninin səsləndirilməsi və Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. 

Tədbirdə Vətən müharibəsi iştirakçıları Mehman İbrahimov, Rövşən Abduləzizov, Fərid Cabbarov, Məlik Xəlilov, Sosial Xidmətlər Agentliyinin əməkdaşları, eləcə də  Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi və məktəbin müəllim-şagird kollektivi iştirak edib. 

Bildirilib ki, görüşün məqsədi Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş vətən övladlarının şərəfli yolunu gənc nəslə tanıtmaq, məktəblilərdə vətənpərvərlik, dövlətə, torpağa, vətənə bağlılıq hissini möhkəmləndirmək və həmrəylik dəyərlərini aşılamaqdır. 

Vətən müharibəsi iştirakçıları Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun möhtəşəm Zəfər əldə etdiyi 44 günlük Vətən müharibəsi və keçdikləri döyüş yolu ilə bağlı xatirələrini bölüşüblər. 

Çıxışlarda Agentliyin fəaliyyət istiqamətləri barədə məlumatlar da verilib, qəhrəman Vətən övladlarına göstərilən dövlət qayğısı, onların sosial müdafiəsinin gücləndirilməsi, mənzil və avtomobil təminatı, reabilitasiya xidmətləri ilə təminatı istiqamətində həyata keçirilən tədbirlərdən danışılıb. 

Sonda məktəblilərin sualları cavablandırılıb və vətənpərvərlik mövzusunda hazırladıqları ədəbi-bədii kompozisiyalar təqdim edilib.

TodayPress TV

FOTOLAR

Vətən müharibəsi iştirakçıları məktəblilər ilə görüşdü — 1
Vətən müharibəsi iştirakçıları məktəblilər ilə görüşdü — 2
Vətən müharibəsi iştirakçıları məktəblilər ilə görüşdü — 3
Vətən müharibəsi iştirakçıları məktəblilər ilə görüşdü — 4
Vətən müharibəsi iştirakçıları məktəblilər ilə görüşdü — 5
Vətən müharibəsi iştirakçıları məktəblilər ilə görüşdü — 6
Vətən müharibəsi iştirakçıları məktəblilər ilə görüşdü — 7
Vətən müharibəsi iştirakçıları məktəblilər ilə görüşdü — 8
Vətən müharibəsi iştirakçıları məktəblilər ilə görüşdü — 9
XƏBƏR LENTİ
01 AVQUST 2026
Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Bütün Xəbərlər