Kompleks reabilitasiya işləri artıq bir çox qazilərimizin sağlamlığının bərpasına imkan verib

Kompleks reabilitasiya işləri artıq bir çox qazilərimizin  sağlamlığının bərpasına imkan verib
21.07.2025 13:58 Sosial

Tarixi Zəfərimizlə  başa çatan Vətən müharibəsində yaralanmış hərbçilərimizlə bağlı ötən dövrdə aparılan kompleks reabilitasiya işləri artıq onlardan bir çoxunun sağlamlığının bərpasına imkan verib.

TodayPress TV xəbər verir ki, postmüharibə dövrünün ilk günlərindən onlar son illər müasir tələblərə uyğun qurularaq təchiz edilmiş reabilitasiya müəssisələrində davamlı bərpa müalicəsi kurslarına cəlb olunublar.

Bu sahədə peşəkar həkim komandasının səyləri səfərbər olunub, yeni və effektiv reabilitasiya metodlarından, son texnoloji yeniliklərdən istifadə edilib.  

Son vaxtlar reabilitasiya kurslarını başa vuran qazilərimizlə bağlı aparılan həkim müayinələri onlardan mühüm bir hissəsinin davamlı müalicə işləri nəticəsində artıq sağlamlıqlarına qovuşduqlarını, əlilliklərini geridə qoyduqlarını göstərir.

Eyni zamanda, müharibədən sonra ötüb keçən zaman da onların yaralarının tədricən sağalmasına öz təsirini göstərib.

Vaxtilə əlillik vəziyyətində olsalar da bir çox qazilərimizin artıq yenidən əvvəlki gümrahlıqlarına, güclərinə sahib olduqlarını görmək hər birimiz üçün fərəhli mənzərədir. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı videoçarx da bu mövzudadır: https://www.youtube.com/watch?v=_aZVLnio2iI

XƏBƏR LENTİ
31 IYUL 2026
“Vugar Gashimov Open 2026” öz qalibini tapdı 13:20 SEPAH-a casusluqda şübhəli bilinən Azərbaycan vətəndaşı saxlanıldı 13:10 ATƏT sədri Bakıya gəlir: Nələr müzakirə olunacaq? 13:02 Azərbaycanlı güləşçi dünya çempionatında medal astanasında! 12:57 Robert Köçəryanla bağlı qərar verildi 12:44 Yeni nazir müavini təyin olundu - Sərəncam imzalandı 12:38 Sabah hava necə olacaq ? 12:31 Çimayevdən Striklendə: “Məni görəndə üzr istə!” 12:08 İspaniyaya soxulan qanunsuz miqrantlar geri qaytarılacaq - Razılıq əldə olundu 12:19 Azərbaycan və Mərkəzi Asiya ölkələri liderlərinin qeyri-rəsmi görüşü keçirilir 12:13 Alonso FIFA-nın planına etiraz etdi: Futbol satıla bilməz! 12:06 Gözlər Prezident Əliyevin Orta Asiya səfərində: Azərbaycan dünyanı xilas etmək üzrədir 11:58 Bərdədə 79 yaşlı kişi kanalda boğuldu 11:47 Namidə İsayeva vəzifəsindən ayrıldı 11:40 Tramp Rusiya-Ukrayna müharibəsinin başa çatması ilə bağlı açıqlama verdi 11:36 Xəstəni komaya salan cərrah və anestezioloqa hökm oxundu 11:31 Azərbaycan futbolunda tarixi uğur: UEFA rekordu yeniləndi 11:24 Meloni İspaniya ilə Şengeni dayandırmağa hazırdır 11:18 Çolpon-Atada İlham Əliyev və Mehriban Əliyevanın şərəfinə ziyafət verildi 11:13 Ayrı-seçkilik edənləri ağır cəza gözləyir 11:04 Xamenei haradadır? - MKİ və MOSSAD ali liderin izinə düşdü 10:57 “Milan”ın ürəyi susdu: Franko Barezi ilə vida 10:46 Bakıda 29 yaşlı qadının qopmuş qolunu yerinə tikdilər 10:42 Böyrək alveri şəbəkəsində Azərbaycan izi var? 10:34 Bürokratik maneə “Kolo-Kolo”nun yeni qapıçısını ləngitdi 10:35 Bütün Xəbərlər