DOST Mərkəzində daha bir inklüziv tamaşanın təqdimatı oldu

DOST Mərkəzində daha bir inklüziv tamaşanın təqdimatı oldu
16.05.2025 10:45 Sosial

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində Azərbaycanın ilk inklüziv teatrı olan ƏSA Teatrının hazırladığı “Axtarış” tamaşasının premyerası olub. 

TodayPress TV Xəbər verir ki, tədbirdə hökumət rəsmiləri, millət vəkilləri, incəsənət xadimləri iştirak ediblər.

Qonaqlar əvvəlcə Mərkəzin təlimçi və benefisiarlarının əl işləri ilə tanış olublar. 

Tamaşadan əvvəl əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ƏSA Teatrının kollektivini yeni yaradıcılıq uğurları münasibətilə təbrik edib. Nazir hazırlanmış yeni tamaşanın bir sənət hadisəsi olmaqla yanaşı, cəmiyyətdə sosial bərabərlik, inklüzivlik və mənəvi dəyərlər naminə atılan mühüm addımların parlaq nümunəsi olduğunu diqqətə çatdırıb. 

O bildirib ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə sosial ədalətə, inklüzivliyə və hər bir fərdin potensialının reallaşdırılmasına yönəlmiş genişmiqyaslı proqramlar həyata keçirilir.

Eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın mədəniyyətə və həssas əhali qruplarına göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında mühüm rola malikdir. Onun təşəbbüsü ilə 4 il əvvəl yaradılmış DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi də həssas qruplardan olan şəxslərin yaradıcı potensialının təkmilləşməsinə, inklüziv inkişafa önəmli dəstək verir. 

Anar Əliyev Nazirliklə ƏSA Teatrının sıx əməkdaşlığı çərçivəsində teatrın son illər “Göy quş”, “And”, “Qonşu”, “Hamlet”, “Nəsimi ili”nə həsr olunmuş antrepriza, bu gün təqdim olunan “Axtarış” kimi səhnə əsərlərini ərsəyə gətirdiyini diqqətə çatdırıb. Nazir belə inklüziv təşəbbüslərin davamlı olacağına, cəmiyyətimizdə inklüzivlik, yaradıcılıq və humanist dəyərlərin daha da möhkəmləndirilməsində bir təkan verəcəyinə əminliyini bildirib. 

Böyük mütəfəkkir Fəridəddin Əttarın “Quşların dili” və Alber Kamyunun “Anlaşılmazlıq” əsərləri əsasında hazırlanmış, fərqli dövrlərdə yaşayıb yaratmış iki müəllifin bir-birinə zidd fəlsəfi düşüncələrinin səhnə qarşılaşması olan tamaşa böyük maraqla qarşılanıb. 

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin benefisiarları və əməkdaşlarının da rol aldığı “Axtarış” tamaşasının quruluşçu rejissoru ƏSA Teatrının təsisçisi və rəhbəri Nihad Qulamzadə, prodüser Nicat Qulam, ikinci rejissoru Səmayə Ağayarova, işıq rəssamı Binyamin Sailov, geyim tərtibatçısı Nübar Hüseynova, səhnə tərtibatçısı Tamerlan Abdullayev, multimedia meneceri Famil Mahmudbəylidir.

Yaradıcı heyətə əlilliyi olan və olmayan peşəkar aktyorlar cəlb edilib. 

Əsas rollarda xalq artisti Mehriban Zəki, Səmayə Ağayarova, Elşən Əsgərov, Elsevər Rəhimov, Lalə Süleymanova, Elvin Mirzəyev, Aydan Ağazadə, Fərid İsmayılov, Gülnar Əlfidatlı, Səadət Abbasova, Sərxan Nəciyev və Bəhram Rəhimli çıxış ediblər.

FOTOLAR

DOST Mərkəzində daha bir inklüziv tamaşanın təqdimatı oldu — 1
DOST Mərkəzində daha bir inklüziv tamaşanın təqdimatı oldu — 2
DOST Mərkəzində daha bir inklüziv tamaşanın təqdimatı oldu — 3
DOST Mərkəzində daha bir inklüziv tamaşanın təqdimatı oldu — 4
DOST Mərkəzində daha bir inklüziv tamaşanın təqdimatı oldu — 5
DOST Mərkəzində daha bir inklüziv tamaşanın təqdimatı oldu — 6
XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər