“Belə hadisələrin arxasında ancaq psixi pozuntular dayanır” – Qaydalar sərtləşdiriləcək

“Belə hadisələrin arxasında ancaq psixi pozuntular dayanır” – Qaydalar sərtləşdiriləcək
04.08.2025 18:51 Sosial

"Son dövrlər cəmiyyətdə baş verən zorakılıq və mənəvi dəyərlərin deqradasiyası ilə bağlı narahatlıqlar artır". 

Sosioloq Elçin Bayramlı bunu TodayPress TV-yə açıqlamasında deyib.

O bildirib ki, son illər mənəvi tənəzzülün dərinləşməsi və insanlıq dəyərlərinin məhv olması ilə yanaşı, zorakılıq hallarının artması da müşahidə olunur:

"Cəmiyyətdə çox ciddi mənəvi deqradasiya baş verir. Dəyərlər çöküb, insanlıqdan çıxanların, psixi problemli insanların sayı artıb. Uzun illərdir təklif edirəm ki, əhali tam heyətdə, son nəfərinə qədər psixi müayinədən keçirilməlidir".

Sosioloqun fikrincə, ağır cinayətləri törədən şəxslər ya psixi xəstədir, ya da ağır narkotik vasitələrin təsiri altındadır:

"Psixikası sağlam olan insan nə qətl, nə də seksual zorakılıq törətmir. Belə hadisələrin arxasında ancaq psixi pozuntular dayanır. Ona görə də hər bir vətəndaş yalnız psixi deyil, eyni zamanda narkoloji testdən də keçməlidir. Zorakılıq cinayətlərinə görə cəzaların sərtləşdirilməsi vacibdir.  Zorlama hallarında cəza o qədər sərt olmalıdır ki, başqalarına çəkindirici təsir göstərsin. Belə şəxslər mütləq şəkildə axtalanmalı və ciddi rejimli koloniyalarda uzunmüddətli cəzaya məhkum edilməlidir. Elə cəza rejimi tətbiq olunmalıdır ki, heç kim bu cür əməllərə yaxın durmasın".

Ekspert hesab edir ki, cəmiyyətin və dövlətin bu məsələlərə münasibəti dəyişməli, nəzarət və maarifləndirmə tədbirləri artırılmalıdır:

"Uşaqları tək qoymaq olmaz. Dövlətin və cəmiyyətin birgə səyi ilə belə halların qarşısı alınmalıdır. Eyni zamanda insanlar belə hallarla qarşılaşdıqda, biganə qalmamalı, aidiyyəti qurumlara məlumat verməlidirlər. Namus və ailə məsələlərinə dair cəzalar da sərtləşdirilməlidir. Başqasının ailəsinə, namusuna toxunanlara qarşı cəza 10 qat ağırlaşdırılmalıdır. Çünki bu sahədə də vəziyyət ciddi şəkildə pisləşib".

Elçin Bayramlı sosial fəlakətlərin başlıca səbəblərindən biri kimi cəmiyyətin “müasirləşmə” adı altında mənəvi tənəzzülə uğramasını göstərib:

"Cəmiyyətdə stress çox yüksəkdir. Seksual manyaklıq, xəyanətlər və uşaqlara qarşı zorakılıq halları artır. Bu isə artıq xəstə cəmiyyətin təzahürüdür. Bu məsələyə ciddi və sərt yanaşılmalıdır. Başqa yolu yoxdur", - deyə o, fikrini yekunlaşdırıb.

Qeyd edək ki, sosial şəbəkə platformalarında Sabirabad şəhər sakininin 4 yaşlı qıza qarşı intim hərəkətlər etməsi ilə bağlı video yayılıb. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin verdiyi məlumata görə, sözügedən şəxs artıq saxlanılıb. Faktla bağlı araşdırmalara başlanılıb və həmin şəxsin törətdiyi əməllərə hüquqi qiymət verilməsi üçün tədbirlər görülür.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər