“ASAN Könüllülərinin Diskussiya Platforması” davam edir

“ASAN Könüllülərinin Diskussiya Platforması” davam edir
26.05.2025 17:20 Sosial

“ASAN Könüllülərinin Diskussiya Platforması” layihəsi çərçivəsində növbəti görüşlər baş tutub.  Sözügedən görüşlər Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə və bp-nin Xəzər regionunda kommunikasiya və xarici əlaqələr üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli ilə keçirilib. 

TodayPress TV xəbər verir ki, “Uğurlu peşə seçimi” mövzusunda Məleykə Abbaszadə ilə reallaşdırılan görüşdə gənclərlə peşə yönümündə doğru qərarların verilməsi, şəxsi potensialın düzgün istiqamətdə inkişaf etdirilməsi ilə bağlı fikirlər bölüşülüb.

O, peşə seçiminin təkcə akademik göstəricilər deyil, eyni zamanda maraq və bacarıqlara əsasən edilməsinin vacibliyini vurğulayıb. 

“Karyera yolunda seçimlər və fürsətlər” mövzusunda  Bəxtiyar Aslanbəyli ilə keçirilən görüşdə isə qonaq şəxsi təcrübəsi, iş dünyasında qazandığı uğurlar barədə fikirlərini bölüşüb.

O, gənclərə məqsədli olmağın, daim öyrənməyin və çevik düşüncənin əhəmiyyətini diqqətə çatdırıb.  Hər iki görüş interaktiv şəkildə keçirilib və könüllülərin çoxsaylı sualları cavablandırılıb. 

“ASAN Könüllülərinin Diskussiya Platforması” layihəsinin əsas məqsədi gənclərin ictimai müzakirələrdə iştirakçılığının artırılması, rəy və təkliflərinin dinlənilməsidir.

Bu çərçivədə müxtəlif mövzularda təşkil olunan görüşlər gənclərin bilik və dünyagörüşünü artırmaqla yanaşı, onları maraqlandıran məsələlərin operativ və çevik şəkildə müzakirəsinə imkan verir.

FOTOLAR

“ASAN Könüllülərinin Diskussiya Platforması” davam edir — 1
“ASAN Könüllülərinin Diskussiya Platforması” davam edir — 2
“ASAN Könüllülərinin Diskussiya Platforması” davam edir — 3
“ASAN Könüllülərinin Diskussiya Platforması” davam edir — 4
“ASAN Könüllülərinin Diskussiya Platforması” davam edir — 5
“ASAN Könüllülərinin Diskussiya Platforması” davam edir — 6
XƏBƏR LENTİ
01 AVQUST 2026
Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Bütün Xəbərlər