Xəzər dənizinin səviyyəsi və regional ekoloji əməkdaşlıq müzakirə olundu

Xəzər dənizinin səviyyəsi və regional ekoloji əməkdaşlıq müzakirə olundu
23.05.2025 18:10

21–23 may 2025-ci il tarixlərində Sankt-Peterburq şəhərində Azərbaycan–Rusiya İşçi Qrupunun Xəzər dənizinin səviyyəsinin enməsi məsələsinə dair ilk iclası, eləcə də XI Neva Beynəlxalq Ekoloji Konqresi çərçivəsində mühüm görüş və müzakirələr keçirilib.

TodayPress TV xəbər verir ki,  Ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyevin rəhbərlik etdiyi nümayəndə heyəti hər iki tədbirdə iştirak edib.   

21 may tarixində keçirilmiş İşçi Qrupun iclası 2024-cü ilin dekabrında Bakıda keçirilən nazirlərin görüşündə əldə olunmuş razılaşmaların davamı olaraq təşkil olunub.

İclasda tərəflər Xəzər dənizinin səviyyəsinin enməsi ilə bağlı birgə Proqram layihəsini, onun icra mexanizmlərini və növbəti mərhələlər üzrə fəaliyyətləri müzakirə ediblər. 

22–23 may tarixlərində nümayəndə heyəti XI Neva Beynəlxalq Ekoloji Konqresinin sessiyalarında iştirak edib.

Konqres çərçivəsində keçirilən müzakirələrdə Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi, iqlim dəyişikliklərinə qarşı dayanıqlılığın artırılması və transsərhəd ekoloji əməkdaşlığın inkişafı kimi aktual məsələlər diqqət mərkəzində olub.

FOTOLAR

Xəzər dənizinin səviyyəsi və regional ekoloji əməkdaşlıq müzakirə olundu — 1
Xəzər dənizinin səviyyəsi və regional ekoloji əməkdaşlıq müzakirə olundu — 2
Xəzər dənizinin səviyyəsi və regional ekoloji əməkdaşlıq müzakirə olundu — 3
Xəzər dənizinin səviyyəsi və regional ekoloji əməkdaşlıq müzakirə olundu — 4
XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər