Tərtərdə DOST filialı fəaliyyətə başladı

Tərtərdə DOST filialı fəaliyyətə başladı
22.01.2026 16:05

DOST xidmətləri şəbəkəsinin ölkə boyu genişləndirilməsi istiqamətində növbəti addım olaraq Tərtər rayonunda Qarabağ Regional DOST Mərkəzinin DOST filialı fəaliyyətə başlayıb.

TodayPress TV xəbər verir ki, Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev və Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov filialda yaradılan şəraiti və xidmətlərin göstərilməsi prosesini nəzərdən keçiriblər.

Anar Əliyev bildirib ki, Prezident cənab İlham Əliyevin 2018-ci il 9 avqust tarixli Fərmanı ilə DOST Agentliyi və DOST mərkəzlərinin yaradılması son illər ölkəmizdə aparılan sosial islahatların mühüm nailiyyətlərindən biridir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü olan DOST konsepsiyası əsasında dövlət sosial xidmətləri “bir pəncərə”dən, müasir, çevik, şəffaf, vətəndaş məmnunluğuna uyğun təqdim edilir.

Qeyd edilib ki, DOST xidmətləri şəbəkəsi daim genişlənir və bu şəbəkə artıq Tərtər rayonunu da əhatə edir. Ümumilikdə indiyədək Bakı və bölgələrimizdə 7 DOST Mərkəzi, 2 DOST filialı, “Smart DOST” xidmət məntəqəsi, 2 DOST məntəqəsi istifadəyə verilib.

Hazırda Naxçıvan, Quba, Sabirabad, Sumqayıt, Gəncə və Masallıda da DOST mərkəzlərinin, habelə bir sıra bölgələrdə DOST filallarının yaradılması üçün layihə, təmir-tikinti işləri aparılır.

Nazir yeni filialda daim DOST konsepsiyası əsas tutulmaqla yüksək səviyyədə xidmətlərin göstərilməsi, sakinlərin müraciətlərində əksini tapan məsələlərin həlli işlərinin vətəndaş məmnunluğuna uyğun yerinə yetirilməsi, həmçinin məşğulluğunun təmin edilməsi üçün müraciət edən vətəndaşların aktiv məşğulluq proqramlarına cəlb edilmələri və s. barədə tapşırıqlar verib.

Tərtər DOST filialının 2 mərtəbədən ibarət binası modern və konstruktivlik elementlərlə müasir üslubda layihələndirilib. Burada gün ərzində orta hesabla 80-dək vətəndaşın qəbulu nəzərdə tutulur.

TodayPress TV

FOTOLAR

Tərtərdə DOST filialı fəaliyyətə başladı — 1
Tərtərdə DOST filialı fəaliyyətə başladı — 2
Tərtərdə DOST filialı fəaliyyətə başladı — 3
XƏBƏR LENTİ
22 IYUN 2026
Türkmənistan Prezidentinin rəsmi qarşılanma mərasimi oldu 11:02 Polis "nəqliyyat canavarı"nı saxladı - VİDEO 10:58 Elvin əsas heyətə qayıtdı 10:55 Azərbaycanda bu şəxslərin pensiya yaşı artırılacaq 10:46 Yankoviç "Qarabağ"ı Türkiyə klubuna dəyişdi 10:40 Azərbaycanlılar Göyçə gölünün görüntüləri ilə gündəm oldu — VİDEO 10:38 XV əsrə aid memarlıq abidəsinə ziyan vuruldu, araşdırma davam edir 10:37 Bakı regionun aparıcı hava nəqliyyat mərkəzinə çevrilir - AZAL-dan mühüm addım 10:23 Neft bazarında zəifləmə davam edir - Birjalarda qiymətlər ürəkaçan deyil 10:13 Ermənistanda zəlzələ oldu 10:06 Məişət zəminində cinayət: 18 yaşlı qız oğlanı bıçaqladı 10:01 Türkmənistan Prezidenti Azərbaycanda dövlət səfərindədir 09:48 İspaniya DÇ tarixində unikal rekorda imza atdı 09:44 Starmer komandasını yığıb gedir - Britaniyada siyasi böhran 09:35 Ukraynadan növbəti zərbə – hədəf bu dəfə FSB oldu 09:36 İstifadəyə yararsız döyüş sursatları məhv ediləcək 09:19 Rusiya Qara dənizdə Türkiyə gəmisini vurdu: Ölənlər var - VİDEO 09:11 ABŞ Karib dənizində narkotik daşıyan katerə zərbə endirib - VİDEO 09:04 Qida çatışmazlığına səbəb ola biləcək istilər yaxınlaşır - ARAŞDIRMA 08:53 Ukrayna PUA-ları yenidən Moskva səmasında: HHM-lər aktivləşdi - VİDEO 08:33 Qətərin ən böyük qaz müəssisəsində partlayış baş verdi - YENİLƏNDİ 00:02 DÇ-2026: Misir Yeni Zelandiyanı məğlub etdi 08:19 Rusiyalı psixoloqdan valideynlərə çağırış: Uşağı telefondan ayırmağın sirri qadağada deyil 21:54 Yuxunuzu məhv edən gizli vərdiş 21:51 Beş milyard il sonra nə baş verəcək? - Günəşin Yerə təsiri ilə bağlı yeni proqnoz 21:49 Bütün Xəbərlər