Sosial Xidmətlər Agentliyi himayədar ailələrlə görüş təşkil etdi

Sosial Xidmətlər Agentliyi himayədar ailələrlə görüş təşkil etdi
21.05.2025 15:01

 DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən görüşdə qonaqlar üçün master-klas da keçirilib. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi himayədar valideynlər və onların himayəsinə verilən valideyn himayəsindən məhrum uşaqlarla görüş təşkil edib. 

TodayPress TV xəbər verir ki, Nazirliyin tabeliyindəki DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzində keçirilən görüşdə iştirakçılarla “Himayədar ailə” qayğı modeli ilə bağlı fikir mübadiləsi aparılıb. 

Uşaqlarla davranış qaydaları, onların sosial reabilitasiyası və ailə himayəsində böyüməsinin üstünlüklərindən bəhs olunub. 

Ümumilikdə 14 himayədar ailənin iştirak etdiyi görüşdə qonaqların təklifləri dinlənilib.

Onlara DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin fəaliyyəti ilə bağlı məlumatlar verilib. 

Mərkəzin təlimçiləri tərəfindən qonaqlar üçün dulusçuluq, floristika, xalçaçılıq, muncuqla toxuma və bədii tikmə istiqamətləri üzrə master-klas da keçirilib.

Sonda onlara Agentliyin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin benefisiarları tərəfindən hazırlanmış simvolik hədiyyələr təqdim edilib.

FOTOLAR

Sosial Xidmətlər Agentliyi himayədar ailələrlə görüş təşkil etdi — 1
Sosial Xidmətlər Agentliyi himayədar ailələrlə görüş təşkil etdi — 2
Sosial Xidmətlər Agentliyi himayədar ailələrlə görüş təşkil etdi — 3
Sosial Xidmətlər Agentliyi himayədar ailələrlə görüş təşkil etdi — 4
Sosial Xidmətlər Agentliyi himayədar ailələrlə görüş təşkil etdi — 5
Sosial Xidmətlər Agentliyi himayədar ailələrlə görüş təşkil etdi — 6
Sosial Xidmətlər Agentliyi himayədar ailələrlə görüş təşkil etdi — 7
XƏBƏR LENTİ
15 IYUN 2026
"Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 DÇ-2026: İspaniya-Kabo Verde oyunu başladı 20:09 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Müdafiə naziri Pakistan tərəfinə başsağlığı verdi 16:48 Azəriqaz işçilərinin maaşından tutulan pullar Qarabağ turunda “kartof və toyuq qanadı”na getdi? 16:44 Səfir: Azərbaycan Prezidentinin Almaniyaya səfərinə ümid edirik 16:36 Zelenski Putinə görüşməyi təklif etdiyini açıqladı 16:25 İspaniya Kabo Verde ilə, Belçika isə Misirlə qarşılaşacaq 16:12 Almaniya səfiri: Azərbaycanla münasibətlər ardıcıl olaraq inkişaf edir 16:01 Bütün Xəbərlər