Somali "ASAN xidmət" təcrübəsini yerində öyrənir

Somali "ASAN xidmət" təcrübəsini yerində öyrənir
09.07.2025 11:06

7-8 iyun 2025-ci il tarixində Somali Federativ Respublikası Prezidentinin Administrasiyasının Aparat rəhbərinin müavini Mohamed Amin Şeyx Osmanın rəhbərlik etdiyi nümayəndə heyəti “ASAN xidmət” təcrübəsinin öyrənilməsi məqsədilə ölkəmizə səfər edib.

TodayPress TV xəbər verir ki, nümayəndə heyətinin səfəri cari ilin fevral ayında Somali Federativ Respublikasının Prezidentinin ölkəmizə səfəri zamanı imzalanmış “Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Somali Federativ Respublikasının Prezidentinin Ofisi arasında dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu”nun icrası çərçivəsində baş tutub.

Səfərin ilk günü nümayəndə heyəti Zəfər parkında və Şəhidlər xiyabanında ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarını fəda etmiş şəxslərin əziz xatirəsini ehtiramla yad edib.

Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanovla görüş zamanı qonaqlara Prezident İlham Əliyevin təşəbbüsü əsasında yaradılmış “ASAN xidmət” mərkəzləri və sosial innovasiyalar istiqamətində həyata keçirilən layihələr barədə ətraflı məlumat verib. Hazırda Azərbaycanın intellektual brendinin 25-dən çox ölkəyə ixrac edildiyi diqqətə çatdırılıb.

Somali tərəfi Memorandumun icrası çərçivəsində qısa müddətdə ölkələrində “ASAN xidmət” mərkəzi əsasında vahid məkandan xidmət göstərəcək mərkəzin təsis olunmasını səbirsizliklə gözlədiklərini bildirib və bu istiqamətdə Azərbaycan tərəfinin davamlı dəstəyini xahiş edib.

Qonaqlar Bakı şəhərində yerləşən bir sıra “ASAN xidmət” mərkəzlərinin, “İNNOLAND” İnkubasiya və Akselerasiya Mərkəzinin, 108 Çağrı Mərkəzinin və ASAN TV/Radionun fəaliyyəti ilə də tanış olublar.

Səfər çərçivəsində qonaqlara Dövlət Agentliyinin müxtəlif struktur bölmələri tərəfindən geniş təqdimatlar edilib və müvafiq istiqamətlər üzrə müzakirələr aparılıb.

FOTOLAR

Somali "ASAN xidmət" təcrübəsini yerində öyrənir — 1
Somali "ASAN xidmət" təcrübəsini yerində öyrənir — 2
Somali "ASAN xidmət" təcrübəsini yerində öyrənir — 3
Somali "ASAN xidmət" təcrübəsini yerində öyrənir — 4
Somali "ASAN xidmət" təcrübəsini yerində öyrənir — 5
XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Bütün Xəbərlər