Pensiya yaşı ilə bağlı vacib açıqlama - Qanun dəyişir?

Pensiya yaşı ilə bağlı vacib açıqlama - Qanun dəyişir?
04.07.2026 11:55

Azərbaycanda minlərlə vətəndaş pensiya yaşına çatmasına baxmayaraq, az sığorta stajı səbəbindən yaşa görə əmək pensiyası deyil, sosial müavinət alır. Bəzi hallarda vətəndaşların 25 illik sığorta stajının tamamlanmasına cəmi bir neçə ay qalır.

Pensiya yaşına çatdıqdan sonra sosial müavinət alan şəxs sonradan işləyərək tələb olunan 25 illik stajı tamamlayarsa, ona yaşa görə əmək pensiyası təyin edilə bilərmi? Bu proses necə tənzimlənir?

TodayPress TV  xəbər verir ki, iqtisadçı, deputat Vüqar Bayramov Globalinfo.az-a açıqlamasında vətəndaşın hansı halda əmək pensiyası ala biləcəyini açıqlayıb:

"Mövcud qanunvericiliyə əsasən, yaşa görə əmək pensiyası hüququnun yaranması üçün vətəndaşın ya azı 25 il sığorta stajına, ya da qanunvericiliklə müəyyən edilmiş minimum pensiya kapitalına malik olması tələb olunur. Minimum pensiya kapitalı minimum aylıq əmək pensiyasının məbləğinin 144-ə vurulması ilə hesablanır.

Bu göstərici pensiya təyin edilərkən tətbiq olunan qanunvericilik normalarına əsaslanır. Beləliklə, vətəndaşın 25 il sığorta stajı və ya tələb olunan minimum pensiya kapitalı olduqda, onun yaşa görə əmək pensiyası almaq hüququ yaranır".

V.Bayramovun sözlərinə görə, praktikada elə hallar olur ki, vətəndaşın əmək pensiyası almaq üçün tələb olunan sığorta stajına cəmi bir neçə ay və ya bir il çatmır:

"Bu səbəbdən o, yaşa görə əmək pensiyası hüququndan məhrum olur və yalnız digər sosial təminat mexanizmlərindən yararlana bilir. Bu isə bir çox hallarda vətəndaşların sosial müdafiəsi baxımından arzuolunan nəticə vermir. Bu baxımdan təklifimiz ondan ibarətdir ki, belə hallar qanunvericilikdə xüsusi istisna kimi nəzərə alınsın. Tələb olunan minimum staja çox az müddəti çatmayan vətəndaşlar üçün pensiyanın hesablanması və təyin olunması üzrə ayrıca mexanizm müəyyən edilsin. Bu yanaşma həmin şəxslərin yaşa görə məhz əmək pensiyası almaq hüququ əldə etməsinə imkan yaradar".

Vüqar Bayramov hesab edir ki, bu istiqamətdə qanunvericiliyə dəyişiklik edilməsi və təkliflərin qiymətləndirilməsi məqsədəuyğun olardı:

"Belə bir yanaşma, xüsusilə də minimum tələb olunan sığorta stajına çox yaxın müddətdə stajı olan vətəndaşların sosial müdafiəsinin gücləndirilməsinə və sosial ədalətin daha dolğun təmin edilməsinə xidmət edər".

FOTOLAR

Pensiya yaşı ilə bağlı vacib açıqlama - Qanun dəyişir? — 1
XƏBƏR LENTİ
04 IYUL 2026
Gürcüstanda vəhşicəsinə öldürülən qadın haqqında yeni detallar ortaya çıxdı 13:00 Türkiyədən Ermənistanla bağlı qərar - ermənilər niyə bayram edir? 12:47 Moskvaya kütləvi dron hücumu 12:31 Tehranın ən dağıdıcı silahı - Dünya iflic ola bilər 12:21 Pensiya yaşı ilə bağlı vacib açıqlama - Qanun dəyişir? 11:55 DÇ-2026: Messi yenidən zirvədə yerini aldı 11:46 Yasamalda 16 yaşlı yeniyetmənin öldüyü partlayışdan GÖRÜNTÜLƏR 11:37 Rusiya Bakıda həbsdə olan vətəndaşlarını bu azərbaycanlı ilə dəyişmək istəyir 11:28 Qubada “Gənclik və dəyərlər” layihəsi çərçivəsində tədbir keçirilib 11:13 Xameneinin yasında Trampa süi-qəsd ismarıcı! -qırmızı bayraqlar qaldırıldı 11:08 Dövlət başçısı: Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur 10:46 Prezident: Artıq Azərbaycan ilə Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar 10:35 Başına dəmir düşən kişi öldü 10:29 Prezident İlham Əliyev Donald Trampı təbrik etdi 10:32 "Rusiya ilə artıq düşmənik" - Böyük dalğa gəlir... 10:14 Kolumbiya qapısına "qıfıl vurub": Qana keçə bilmədi, növbədə İsveçrədir 09:59 Azərbaycan XİN ABŞ-ni təbrik etdi 09:52 Tramp İrana "yası yola vermək üçün" bir həftəlik icazə verdi 09:47 Qara qızılın qiyməti qalxdı 09:39 Qlobal bazarda yaşıl dalğa: Texnologiya sektoru Nasdaq-ı aşağı çəkdi 09:35 Ötən gecə Rusiya üçün hərarətli keçdi - bir -birinin ardınca PUA hücumları - VİDEO 09:26 Mehriban xanım Əliyevanın yeni dövlətçilik missiyası və Rəqəmsal Şuşanın fəthi 09:11 Səyahətə gedənlərin DİQQƏTİNƏ: Xaricdə pul itirməməyin yolları 00:26 Qəhvəyə alternativ 6 İÇKİ 00:19 Məşhur reper narkotik təbliğində ittiham olunur 23:36 Bütün Xəbərlər