“PAŞA Sığorta” ilə DTSERA əməkdaşlığa başlayır

“PAŞA Sığorta” ilə DTSERA əməkdaşlığa başlayır
05.06.2025 16:29

“PAŞA Sığorta” şirkəti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi arasında tibbi-sosial reabilitasiya xidmətlərinə dair əməkdaşlıq müqaviləsi imzalanıb.

Bu barədə TodayPress TV-yə ƏƏSMN-dən məlumat verilib.

Əməkdaşlıq çərçivəsində “PAŞA Sığorta” şirkətinin müştəriləri Agentlik tərəfindən göstərilən tibbi, sosial-psixoloji reabilitasiya və abilitasiya xidmətlərindən faydalana biləcəklər.

Bu xidmətlərə həkim müayinəsi, fizioterapiya və elektroterapiya, müalicəvi bədən tərbiyəsi, müalicəvi idman, müalicəvi masaj, manipulyasiya, psixoloji xidmətlər, əmək terapiyası, loqopedik müayinə və korreksiya daxildir.

Qeyd olunan xidmətlər Agentliyin paytaxt və bölgələrdəki 15 reabilitasiya müəssisəsində (o cümlədən, paytaxtdakı Şağan və Mərdəkan Reabilitasiya Pansionatları, Bakı, Sumqayıt, Şirvan, Şəki, Xaçmaz, Lənkəran, Yevlax, Naftalan və s. şəhər və rayonlardakı reabilitasiya mərkəzlərində) həyata keçirilir

Müasir infrastruktura malik müəssisələrdə peşəkar həkim komandası çalışır və ən son texnoloji yeniliklər və avadanlıqlar, qabaqcıl reabilitasiya metodları və xidmətləri tətbiq edilir. 

Qeyd edək ki, “PAŞA Holding” qrupunun üzvü olan, 2006-cı ildən fəaliyyət göstərən, qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan “PAŞA Sığorta” 700 minə  yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir.

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB+", reytinq üzrə proqnozu isə “Stabil” səviyyəsində təsdiqləyib.

Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Bütün Xəbərlər