Milli Observatoriya ilə Aqrar Tədqiqatlar Mərkəzi arasında memorandum imzalandı

Milli Observatoriya ilə Aqrar Tədqiqatlar Mərkəzi arasında memorandum imzalandı
03.07.2025 18:03

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya və Kənd Təsərrüfatı Nazirliyinin (KTN) tabeliyində Aqrar Tədqiqatlar Mərkəzi (ATM) arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

TodayPress TV xəbər verir ki, sənədi Milli Observatoriya İdarə Heyətinin sədri Elnur Səfərli və ATM-nin direktoru Rəşad Hüseynov imzalayıb.

İmzalama mərasimində çıxış edən E.Səfərli bildirib ki, rəhbəri olduğu qurumun fəaliyyəti əmək bazarının dinamikasına uyğun çevik yanaşmaların formalaşdırılmasına, sosial siyasətin elmi əsaslarla qurulmasına və dövlətin məşğulluq strategiyalarının dəstəklənməsinə yönəlib.

R.Hüseynov çıxışında qeyd edib ki, ATM aqrar siyasətin elmi əsaslarla formalaşdırılması və analitik bazasının yaradılması istiqamətində fəaliyyət göstərir. Mərkəzin 'beyin mərkəzi' funksiyasını yerinə yetirdiyini vurğulayan direktor bu sahədə həm yerli, həm də beynəlxalq səviyyədə elmi və analitik əməkdaşlığa xüsusi önəm verdiklərini deyib.

İmzalanan sənədə əsasən, tərəflər aqrar sahədə əmək bazarının vəziyyəti, məşğulluq səviyyəsi, işçi qüvvəsinin strukturu və peşə tərkibi üzrə birgə tədqiqatlar aparacaq, kənd yerlərində işsizliyin və qeyri-formal məşğulluğun azaldılması ilə bağlı təkliflər hazırlayacaqlar.

Bundan başqa, tərəflər arasında aqrar əmək bazarına dair statistik məlumatların qarşılıqlı mübadiləsi, məlumat bazalarının inteqrasiyası və uyğunlaşdırılması, eləcə də kənd təsərrüfatında tələb olunan yeni peşə və bacarıqların müəyyənləşdirilməsi istiqamətində əməkdaşlıq da nəzərdə tutulur.

FOTOLAR

Milli Observatoriya ilə Aqrar Tədqiqatlar Mərkəzi arasında memorandum imzalandı — 1
Milli Observatoriya ilə Aqrar Tədqiqatlar Mərkəzi arasında memorandum imzalandı — 2
Milli Observatoriya ilə Aqrar Tədqiqatlar Mərkəzi arasında memorandum imzalandı — 3
Milli Observatoriya ilə Aqrar Tədqiqatlar Mərkəzi arasında memorandum imzalandı — 4
XƏBƏR LENTİ
01 AVQUST 2026
Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bütün Xəbərlər