Gəncədə içməli su təchizatı yaxşılaşdırılır

Gəncədə içməli su təchizatı yaxşılaşdırılır
22.12.2025 17:12

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Gəncə şəhərində içməli su və tullantı su təchizatını yaxşılaşdırmaq məqsədilə genişmiqyaslı layihələr həyata keçirir. İşlər Beynəlxalq layihələr çərçivəsində və büdcə vəsaiti hesabına intensiv olaraq davam etdirilir. 

TodayPress TV xəbər verir ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mətbuat katibi Ceyhun Musaoğlunun sözlərinə görə, Gəncə şəhərinin içməli su təchizatı 3 mənbədən təmin edilir:

“Şəmkirçay su anbarından götürülən su Sutəmizləyici Qurğular Kompleksində təmizlənərək şəhərə ötürülür. Bununla yanaşı, Göygöl yaxınlığındakı bulaqlar, Gəncəçayın məcrasında olan Qızılqaya su mənbələri də şəhəri içməli su ilə təmin edir”.

Mətbuat katibi onu da vurğulayıb ki, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin Gəncə Sukanal İdarəsi şəhərin içməli və tullantı su təchizatı, yağış sularının idarə olunması xidmətlərini həyata keçirir və 74 min abonentə xidmət göstərir.

“Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” layihəsi çərçivəsində diametri 530 millimetrdən 820 millimetrə qədər müxtəlif ölçülü 58,2 kilometr magistral, diametri 110 millimetrdən 450 millimetrədək 309 kilometr içməli su xətti çəkilib.

21384 su sayğacı quraşdırılıb. Həcmi 21 min kubmetr olan 5 su anbarı tikilib, 6 min kubmetrlik su anbarının tikintisi üzrə isə işlər 50 faiz icra olunub.

Diametri 1600 millimetrə qədər müxtəlif ölçülü 324 kilometr kanalizasiya xətti çəkilərək abonent birləşmələri verilib. Sözügedən işlər beynəlxalq layihənin tələblərinə uyğun aparılıb. 

Büdcə vəsaiti hesabına isə diametri 450 millimetrədək 61 kilometr uzunluğunda müxtəlif ölçülü içməli su və 56 kilometr kanalizasiya şəbəkə xətti çəkilərək abonent birləşmələri verilib. 

Gəncə şəhər sakinləri görülən işlər barədə razılıqlarını bildirirlər. Şəhər sakini Suliddin Hüseynov intensiv yağışlar zamanı onların yaşadıqları ərazidə əvvəllər su yığıntılarının əmələ gəldiyini, tullantı su şəbəkələrində yüklənmələr olduğunu deyir. O qeyd edir ki, məskunlaşmanın artması magistral kanalizasiya borularının daha böyük diametrli xətlərlə əvəzlənməsi zərurəti yaradırdı: “İndi şükürlər olsun hər şey düzəlir. Əminik ki, işlər bitəndən sonra su təchizatında daha problem yaşamayacağıq”. 

Sakin Elşən Ələkbərov da sevincini belə bölüşür: “Yaşadığımız əraziyə yeni su, kanalizasiya xətti çəkildiyinə görə çox sevincliyik.  Küçəmiz gözəlləşib, suyu var, asfaltı var. Əziyyət çəkənlərin hamısından razıyıq. Cənab prezidentimiz sağ olsun, Gəncə şəhərinə bu qayğısına, diqqətinə görə” 

İstehlakçıların suölçən cihazlarla təmin edilməsi layihəsi çərçivəsində 9396 ədəd sayğac quraşdırılıb. Sayğaclar abonentlərin su sərfiyyatını dəqiq ölçməyə, itkilərin və qeyri-şəffaflıq hallarının qarşısını almağa imkan verir. Layihə həmçinin su təchizatı xidmətlərinin keyfiyyətinin yüksəldilməsinə, istifadəçilərin sərfiyyata uyğun ödəniş etməsinə şərait yaradır. 

Müasir tələblərə cavab verən infrastruktur yaradılır. Bu sistemin əsas tərkib hissəsini mərkəzi su anbarları təşkil edir. Hazırda Gəncə şəhərinin içməli su təchizatı 6 mərkəzi su anbarı vasitəsilə həyata keçirilir. Anbarlarda toplanan sular müvafiq qaydada təmizlənmə, dezinfeksiya və nəzarət proseslərindən keçdikdən sonra şəbəkələr vasitəsilə əhalinin istifadəsinə verilir.

Şəhərin bir hissəsinə verilən içməli su dörd min kubmetirlik anbardan ötürülür. C. Musaoğlu bildirib ki, bu anbar Göygöl su mənbəyindən qidalanır və şəhərin əsas su anbarlarından biri hesab olunur: “Mənbədən anbara daxil olan suyun keyfiyyəti yoxlanılaraq siyirtmə kameraları vasitəsilə özüaxımlı rejimdə, yəni elektrik enerjisindən istifadə edilmədən şəhərə ötürülür”.

“Gəncə şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması” layihəsi çərçivəsində həyata keçirilən işlər şəhərin su infrastrukturu üçün mühüm mərhələ təşkil edir. Görülən tədbirlər suyun keyfiyyətinin yüksəldilməsinə, xidmətin dayanıqlığının və etibarlılığının artırılmasına, itkilərin azalmasına, abonent məmnuniyyətinə şərait yaradır.

TodayPress TV

FOTOLAR

Gəncədə içməli su təchizatı yaxşılaşdırılır — 1
Gəncədə içməli su təchizatı yaxşılaşdırılır — 2
Gəncədə içməli su təchizatı yaxşılaşdırılır — 3
Gəncədə içməli su təchizatı yaxşılaşdırılır — 4
Gəncədə içməli su təchizatı yaxşılaşdırılır — 5
Gəncədə içməli su təchizatı yaxşılaşdırılır — 6
Gəncədə içməli su təchizatı yaxşılaşdırılır — 7
Gəncədə içməli su təchizatı yaxşılaşdırılır — 8
Gəncədə içməli su təchizatı yaxşılaşdırılır — 9
XƏBƏR LENTİ
16 IYUN 2026
Ruhi Əliyeva Qarabağ veteranını işdən qovdu: Məhkəmə belə ona söz haqqı verir 10:57 Roma Papası Azərbaycana səfərə dəvət edildi 10:52 Müqəddəs Taxt-Tacın nümayəndəsi Prezidentin qəbulunda 10:41 Kimlər Paşinyanın nişangahındadır? - Konstitusiya dəyişikliyi planı açıqlandı 10:36 "Sabah" Patrik Orfe Mbinanın transfer hüquqlarına yiyələndi 10:30 Miopiya nə üçün yaranır? Görmə qüsurunun əlamətləri və korreksiya yolları 10:20 "Sabah"ın UEFA-da rəqibi bu gün bəlli olacaq 10:15 Əl və ayaq dərisində quruluq: Əsas səbəblər və effektiv nəmləndirmə üsulları 10:15 Azərbaycanda media sahəsində vahid qurum yaradılacaq 10:08 Sürücülərin nəzərinə! İcbari sığorta haqları artıq yeni qaydalarla hesablanacaq 10:06 Bəzi rayonlara intensiv yağış yağır - FAKTİKİ HAVA 10:01 "Coca-Cola" içməyin orqanizmə mümkün müsbət və mənfi təsirləri 09:52 "Qarabağ"ın Avropa Liqada rəqibi bəlli olur 09:53 Rusiyanın "can damarı" alova büründü 09:42 Lansodens nə zaman istifadə olunur? - Təyinatı, təsiri və qəbul qaydaları 09:35 Sarkoidoz haqqında bilməli olduqlarınız: Diaqnozdan müalicəyə qədər 09:28 Neft ucuzlaşmağa davam edir 09:27 Moskva hədəfdə: Ukrayna dronları paytaxta hücum etdi - VİDEO 09:03 DÇ-2026: İran - Yeni Zelandiya matçında bərabərlik 08:45 ABŞ-də faciə: Strateji bombardmançı qəzaya uğradı, 8 nəfər həlak oldu - VİDEO 08:40 Tramp inkar etdi: “ABŞ İrana 300 milyon dollar verməyəcək” 08:29 Rusiyada neft bazasına dron hücumu, güclü yanğın baş verdi - VİDEO 08:22 İrlandiyada ən böyük vikinq yaşayış məskəni aşkarlandı 01:11 ABŞ-nin neft ehtiyatı son 43 ilin ən aşağı səviyyəsinə düşdü 00:54 Hörmüzdə gəmiçilik pulsuz olacaq? - ABŞ lideri bəyan etdi 00:21 Bütün Xəbərlər