“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirildi

“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirildi
10.06.2025 13:02

Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzində “Gənc xilasedici və yanğınsöndürən” XII Ümumrespublika yarışlarının zona birinciliyi keçirilib.

Bu barədə TodayPress TV-yə FHN-dən məlumat verilib. 

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil, eləcə də Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən birinciliyin əsas məqsədi şagirdlərin fövqəladə hallara hazırlıqla bağlı fiziki və intellektual səviyyəsinin yoxlanılması, məktəblilərdə fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin artırılması və yetişməkdə olan gənc nəslin nümayəndələrinə sağlam həyat tərzinin aşılanmasından ibarət olub. 

Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbiri giriş sözü ilə açan Şimal-qərb Regional Mərkəzinin rəisi polkovnik Ceyhun Babayev yarışın əhəmiyyətindən danışıb, iştirakçılara uğurlar arzulayıb. 

Keçirilən yarışda Şimal-qərb Regional Mərkəzinin əhatə etdiyi şəhər və rayonların təhsil müəssisələri iştirak ediblər. 

Yarış “Kombinə edilmiş yanğın estafeti” və “Maneələr zolağı” adlı iki mərhələdən ibarət olub. 

Gərgin mübarizə şəraitində keçən yarışların yekunlarına əsasən, Qobustan rayonu Rauf Babaşov adına Cəmcəmli kənd tam orta məktəbinin komandası I yerə, Qəbələ rayonu Vəndam qəsəbəsi Hikmət Rəşidov adına 2 saylı tam orta məktəbinin komandası II yerə, İsmayıllı şəhər Natiq Behdiyev adına 6 saylı tam orta məktəbinin komandası isə III yerə layiq görülüb. 

edək ki, qalib komanda “Gənc xilasedici və yanğınsöndürən” yarışlarının respublika birinciliyində iştirak etmək hüququ qazanıb.

FOTOLAR

“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirildi — 1
“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirildi — 2
“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirildi — 3
“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirildi — 4
“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirildi — 5
“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirildi — 6
“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirildi — 7
“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirildi — 8
“Gənc xilasedici və yanğınsöndürən” yarışlarının zona birinciliyi keçirildi — 9
XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Sahibə Qafarovadan Cənubi Afrikaya niyə getdi? - Vacib səfər 19:02 Müxalifətçi oliqarxın zavodu dövlət nəzarətinə keçdi 18:51 Bütün Xəbərlər