“Belə hadisələrin arxasında ancaq psixi pozuntular dayanır” – Qaydalar sərtləşdiriləcək

“Belə hadisələrin arxasında ancaq psixi pozuntular dayanır” – Qaydalar sərtləşdiriləcək
04.08.2025 18:51

"Son dövrlər cəmiyyətdə baş verən zorakılıq və mənəvi dəyərlərin deqradasiyası ilə bağlı narahatlıqlar artır". 

Sosioloq Elçin Bayramlı bunu TodayPress TV-yə açıqlamasında deyib.

O bildirib ki, son illər mənəvi tənəzzülün dərinləşməsi və insanlıq dəyərlərinin məhv olması ilə yanaşı, zorakılıq hallarının artması da müşahidə olunur:

"Cəmiyyətdə çox ciddi mənəvi deqradasiya baş verir. Dəyərlər çöküb, insanlıqdan çıxanların, psixi problemli insanların sayı artıb. Uzun illərdir təklif edirəm ki, əhali tam heyətdə, son nəfərinə qədər psixi müayinədən keçirilməlidir".

Sosioloqun fikrincə, ağır cinayətləri törədən şəxslər ya psixi xəstədir, ya da ağır narkotik vasitələrin təsiri altındadır:

"Psixikası sağlam olan insan nə qətl, nə də seksual zorakılıq törətmir. Belə hadisələrin arxasında ancaq psixi pozuntular dayanır. Ona görə də hər bir vətəndaş yalnız psixi deyil, eyni zamanda narkoloji testdən də keçməlidir. Zorakılıq cinayətlərinə görə cəzaların sərtləşdirilməsi vacibdir.  Zorlama hallarında cəza o qədər sərt olmalıdır ki, başqalarına çəkindirici təsir göstərsin. Belə şəxslər mütləq şəkildə axtalanmalı və ciddi rejimli koloniyalarda uzunmüddətli cəzaya məhkum edilməlidir. Elə cəza rejimi tətbiq olunmalıdır ki, heç kim bu cür əməllərə yaxın durmasın".

Ekspert hesab edir ki, cəmiyyətin və dövlətin bu məsələlərə münasibəti dəyişməli, nəzarət və maarifləndirmə tədbirləri artırılmalıdır:

"Uşaqları tək qoymaq olmaz. Dövlətin və cəmiyyətin birgə səyi ilə belə halların qarşısı alınmalıdır. Eyni zamanda insanlar belə hallarla qarşılaşdıqda, biganə qalmamalı, aidiyyəti qurumlara məlumat verməlidirlər. Namus və ailə məsələlərinə dair cəzalar da sərtləşdirilməlidir. Başqasının ailəsinə, namusuna toxunanlara qarşı cəza 10 qat ağırlaşdırılmalıdır. Çünki bu sahədə də vəziyyət ciddi şəkildə pisləşib".

Elçin Bayramlı sosial fəlakətlərin başlıca səbəblərindən biri kimi cəmiyyətin “müasirləşmə” adı altında mənəvi tənəzzülə uğramasını göstərib:

"Cəmiyyətdə stress çox yüksəkdir. Seksual manyaklıq, xəyanətlər və uşaqlara qarşı zorakılıq halları artır. Bu isə artıq xəstə cəmiyyətin təzahürüdür. Bu məsələyə ciddi və sərt yanaşılmalıdır. Başqa yolu yoxdur", - deyə o, fikrini yekunlaşdırıb.

Qeyd edək ki, sosial şəbəkə platformalarında Sabirabad şəhər sakininin 4 yaşlı qıza qarşı intim hərəkətlər etməsi ilə bağlı video yayılıb. Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin verdiyi məlumata görə, sözügedən şəxs artıq saxlanılıb. Faktla bağlı araşdırmalara başlanılıb və həmin şəxsin törətdiyi əməllərə hüquqi qiymət verilməsi üçün tədbirlər görülür.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
15 IYUN 2026
İrana pul verilməyib, İsrail Livanda qalacaq - ABŞ rəsmisi AÇIQLADI 21:44 ABŞ hərbçiləri Ermənistana gəlir - "Eagle Partner" təlimləri keçiriləcək 21:28 ABŞ və İranın ortaq tələbi cavabsız qaldı: İsrail geri addım atmır 21:26 Azərbaycan Ordusunda Milli Qurtuluş Günü qeyd olundu 21:14 Azərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçildi 21:10 Tehran ABŞ ilə sazişə hazırlaşır: İmzadan sonra nə baş verəcək? 20:57 "Həm Putin, həm də Zelenski Ukraynada sülhə açıqdır" - Tramp 20:39 Vens anlaşma imzalandığını təsdiqlədi 20:22 DÇ-2026: İspaniya-Kabo Verde oyunu başladı 20:09 ABŞ və İran anlaşma memorandumunu imzaladı? - Detallar açıqlanacaq.. 20:00 İslamabad razılaşmasının detalları açıqlandı 19:43 ABŞ qalib gəlmədi, İran məğlub olmadı: Əsl qalib kimdir? 19:39 Aİ Rusiyanın sanksiyalarına qarşı Ermənistana dəstək planı hazırlayır 19:10 Ukrayna dronlarına ağır zərbə riski: Rusiya ordusu "Starlink"ə qarşı yeni üsul öyrəndi 19:04 Oman ABŞ-İran tarixi sülh razılaşmasını rəsmən alqışladı 18:46 İsrailin sabiq baş naziri: "Netanyahu müharibəni uduzdu" 18:39 Pezeşkian elan etdi: ABŞ və İran arasında müharibə bu tarixdə bitir 18:33 "Sanksiyalar ləğv edilməyəcək!" - Fon der Lyayen İrana şərt qoydu 18:19 Azərbaycan boksçuları Dünya Kubokuna qələbə ilə başladı 18:09 Surət Hüseynov Gəncədən hücum edərkən Bakıya qədər heç bir rayonun icra başçısı qabağına çıxa bilmədi - Qurtuluş gününün şifrələri 17:53 Axtarışda olan 83 nəfər tutuldu 17:44 Yollarda görünüş bu məsafəyədək məhdudlaşacaq 17:30 Ərdoğan Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik etdi 17:16 İtkin düşən 8 nəfər tapıldı 17:11 İran: Hörmüz boğazından keçid üçün rüsum tutulmayacaq 16:59 Bütün Xəbərlər