Azərbaycan və Özbəkistan əmək və məşğulluq sahələrində gələcək əməkdaşlıq məsələlərini müzakirə etdi

Azərbaycan və Özbəkistan əmək və məşğulluq sahələrində gələcək əməkdaşlıq məsələlərini müzakirə etdi
13.06.2025 16:55

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkəmizdə səfərdə olan Özbəkistan Respublikasının məşğulluq və yoxsulluğun azaldılması nazirinin müavini Rano Turdiboyeva ilə görüş olub.

Bu barədə TodayPress TV-yə ƏƏSMN-dən məlumat verilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli qardaş ölkələr olan Azərbaycan və Özbəkistan arasında münasibətlərin daim inkişaf etdiyini bildirib. Azərbaycan Prezidenti İlham Əliyev və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin səyləri ilə iki ölkə arasında əlaqələrin yeni inkişaf mərhələsinə qədəm qoyduğu vurğulanıb.

2023-cü ilin avqust ayında hər iki dövlət başçısının imzaladığı “Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Müqavilə”nin strateji tərəfdaşlığın dinamik inkişafının təmin edilməsində xüsusi önəmi qeyd olunub.

Azərbaycanda əmək və məşğulluq, sosial müdafiə sahələrində son illər aparılan islahatlar, DOST konsepsiyası, dövlət sosial xidmətlərinin elektronlaşdırılması istiqamətində əldə olunan uğurlar barədə  məlumat verilib.

Görüşdə ölkələrimiz arasında sosial sahədə əlaqələrin də daim genişlənməkdə olduğu qeyd edilərək, islahatlar prosesində qarşılıqlı təcrübə mübadilələrinin əhəmiyyətindən bəhs olunub. Əmək və məşğulluq sahələrində gələcək əməkdaşlıq məsələləri müzakirə olunub.

Həmçinin aktiv məşğulluq proqramları, məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması, gənclər və əhalinin həssas qrupları üçün peşə hazırlığı və s. sahələrdə təcrübə mübadilələrinin həyata keçirilməsinə, birgə seminar və dəyirmi masaların təşkilinə dair fikir mübadiləsi aparılıb.

FOTOLAR

Azərbaycan və Özbəkistan əmək və məşğulluq sahələrində gələcək əməkdaşlıq məsələlərini müzakirə etdi — 1
Azərbaycan və Özbəkistan əmək və məşğulluq sahələrində gələcək əməkdaşlıq məsələlərini müzakirə etdi — 2
Azərbaycan və Özbəkistan əmək və məşğulluq sahələrində gələcək əməkdaşlıq məsələlərini müzakirə etdi — 3
XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər