“ASAN xidmət” Milli Mətbuat Günü münasibətilə növbəti süni zəka təlimi keçirdi

“ASAN xidmət” Milli Mətbuat Günü münasibətilə növbəti süni zəka təlimi keçirdi
16.07.2025 11:11

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin ASAN İnnovativ İnkişaf Mərkəzinin və "PashaPay" şirkətinin birgə təşkilatçılığı ilə “Media nümayəndələrinin fəaliyyətində süni zəka” mövzusunda növbəti təlim proqramı təşkil edilib.

TodayPress TV xəbər verir ki, Quba regional “ASAN xidmət” mərkəzində baş tutan tədbir 22 İyul - Milli Mətbuat Gününə həsr olunub.

Proqramda ölkəmizin müxtəlif media qurumlarını təmsil edən 60-a yaxın şəxs iştirak edib.

Əsas məqsəd media nümayəndələrinin fəaliyyətində süni zəka texnologiyalarından səmərəli  istifadəyə dəstək göstərmək,  informasiya istehsalında innovativ və yaradıcı yanaşmaların tətbiqinin təşviqinə nail olmaqdır.

Açılış mərasimində ASAN İnnovativ İnkişaf Mərkəzinin fəaliyyət istiqamətlərindən söz açılıb eləcə də təlim proqramının əhəmiyyəti diqqətə çatdırılıb.

Sonra iştirakçılara müvafiq sahədə istifadə edilə biləcək süni zəka alətləri, trendlər, çatışmazlıq və inkişaf perspektivləri barədə məlumat verilib. Həmçinin real nümunələr və vörkşoplar əsasında  süni zəkanın tətbiqi mənimsənilib.

Təlimin gedişində iştirakçılar “Biz birlikdə güclüyük” devizi ilə “Komanda işində birlik!" mövzusunda art terapiya seansında bir araya gəliblər.

İnteraktiv müzakirə və dialoq formatında baş tutan təlimdə media nümayəndələrinin çoxsaylı sualları cavablandırılıb.

FOTOLAR

“ASAN xidmət” Milli Mətbuat Günü münasibətilə növbəti süni zəka təlimi keçirdi — 1
“ASAN xidmət” Milli Mətbuat Günü münasibətilə növbəti süni zəka təlimi keçirdi — 2
“ASAN xidmət” Milli Mətbuat Günü münasibətilə növbəti süni zəka təlimi keçirdi — 3
“ASAN xidmət” Milli Mətbuat Günü münasibətilə növbəti süni zəka təlimi keçirdi — 4
“ASAN xidmət” Milli Mətbuat Günü münasibətilə növbəti süni zəka təlimi keçirdi — 5
“ASAN xidmət” Milli Mətbuat Günü münasibətilə növbəti süni zəka təlimi keçirdi — 6
“ASAN xidmət” Milli Mətbuat Günü münasibətilə növbəti süni zəka təlimi keçirdi — 7
“ASAN xidmət” Milli Mətbuat Günü münasibətilə növbəti süni zəka təlimi keçirdi — 8
“ASAN xidmət” Milli Mətbuat Günü münasibətilə növbəti süni zəka təlimi keçirdi — 9
XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Bütün Xəbərlər