Yaponiyanın ilk qadın baş naziri kimdir? - DOSYE

Yaponiyanın ilk qadın baş naziri kimdir? - DOSYE
21.10.2025 12:51 Siyasət

Yaponiya Parlamenti ölkənin tarixində ilk dəfə bir qadını baş nazir seçib.

Belə ki, Sanae Takaiçi parlamentin 465 yerlik Aşağı Palatasında keçirilən səsvermədə 237 səslə çoxluğu əldə edib və bu yüksək vəzifəyə layiq görülüb.

Yuxarı Palatanın qərarını təsdiqləməsindən sonra Takaiçi and içərək vəzifəsinin icrasına başlayacaq.

Seçki onun rəhbərlik etdiyi Liberal Demokrat Partiya (LDP) ilə sağ yönümlü Yaponiya İnnovasiya Partiyası arasında dünən əldə olunan koalisiya razılaşmasından sonra baş tutub.

TodayPress TV xəbər verir ki, Sanae Takaiçi 1961-ci il martın 7-də Nara prefekturasında doğulub.

O, Kobe Universitetində biznes administrasiyası üzrə təhsil alıb və daha sonra Matsushita Institute of Government and Managementdə siyasi idarəetmə sahəsində təcrübə qazanıb.

Gənclik illərində ABŞ-də, Konqresdə Demokrat konqresmen Pat Şröyderin ofisində çalışıb.

Siyasi karyerasına 1993-cü ildə parlamentdə müstəqil deputat kimi başlayan Takaiçi, 1996-cı ildən Liberal Demokrat Partiyasının üzvüdür.

O, 2005-ci ildən Nara prefekturasından parlamentdə təmsil olunur və 2014–2017, daha sonra 2019–2020-ci illərdə Daxili İşlər və Kommunikasiyalar Naziri, 2022–2024-cü illərdə isə İqtisadi Təhlükəsizlik Naziri vəzifələrini icra edib.

Takaiçi Yaponiyanın siyasi səhnəsində ən sağ-mühafizəkar fiqurlardan biri hesab olunur.

Takaiçi iqtisadi siyasətdə dövlət müdaxiləsini gücləndirmək, strateji sahələrə - yarımkeçiricilər, süni intellekt və nüvə texnologiyalarına dövlət investisiyasını artırmaq tərəfdarıdır. Sosial məsələlərdə mühafizəkar mövqeləri ilə seçilir və Yaponiyanın müdafiə qabiliyyətinin gücləndirilməsini dəstəkləyir.

O, ABŞ ilə strateji ittifaqın möhkəmləndirilməsi, Çin və Şimali Koreyaya qarşı sərt mövqeyin qorunması kimi beynəlxalq siyasət prioritetlərinə malikdir.

Sanae Takaiçi Yaponiya tarixində ilk qadın baş nazir kimi tarixi bir nailiyyət əldə edib.

O, keçmiş baş nazir Şinzo Abenin siyasi xəttini davam etdirir və “Yaponiyanın Margaret Thatcher-i” kimi xarakterizə olunur. Yeni hökumətin qarşısında duran əsas çağırışlar arasında artan yaşayış xərcləri, miqrasiya böhranı və ölkənin sürətlə qocalan əhalisi məsələləri yer alır.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
31 IYUL 2026
Övladınıza ad qoymazdan əvvəl oxuyun - Bu 4 hərf uğur gətirirmiş 01:04 Müasir itlərin əcdadı ortaya çıxdı 00:57 İsti su oynaqlara xeyirlidir, amma bu insanlar üçün qəti qadağandır 00:34 İkinci Dünya müharibəsinin ən güclü gəmiləri niyə bir dəfə də olsun duelə çıxmadı? 00:25 ABŞ-də Trampın şəkli olan pasport satışa çıxarılır - FOTO 00:03 “Qan tökürlər, cavabını alacaqlar” - İrandan ABŞ-yə XƏBƏRDARLIQ 01:49 ABŞ və Səudiyyə İraqdan xəbərsiz zərbə endirdi - Baş nazir səfərini ləğv etdi 01:18 "Qarabağ" mübarizəni Konfrans Liqasında davam etdirəcək - YENİLƏNDİ 22:03 Rusiya ABŞ şirkətinə məxsus zavodu vurdu - TƏCİLİ 00:17 HƏMAS silahı yerə qoyacaq? - Yaxın günlərdə hər şey dəyişə bilər 23:51 Türk ordusu Livana gedir - Ərdoğan açıqladı 23:34 İran ABŞ-nin bu ölkədəki aviabazasını vurdu - VİDEO 22:14 İrana qarşı hərbi əməliyyatlara davam, yoxsa tamam? - Cəmi 1 səs hər şeyi dəyişdi 23:04 "Neftçi" UEFA Konfrans Liqası ilə vidalaşdı - YENİLƏNDİ 21:18 Bakıda qətl hadisəsi baş verdi - TƏFƏRRÜATLAR 22:50 Ermənistan Rusiya kimisini tapmayacaq - Moskvadan İrəvana mesaj 22:39 Rusiya “Telegram”ın təsisçisini niyə “qara siyahı”ya saldı? - SƏBƏB bu imiş 22:26 "Zirə" UEFA Konfrans Liqası ilə vidalaşdı - VİDEO 20:04 Səbrsizliklə gözlənilən “44” filmi tamamlandı 21:49 Netanyahu Avropanı “aşağıladı”, ABŞ-yə tərif yağdırdı, İrana isə… 21:13 Rusiya Şimali Koreya raketindən istifadə edib? - Zelenski detalları açıqladı 21:04 Azərbaycan Dünya Çempionatını boykot etdi 20:54 İranın qorxusu ölkələri İsrailə yaxınlaşdırdı - Netanyahu AÇIQLADI 20:42 Bakıdan Parisə sərt bəyənat: “Azərbaycanın daxili işinə qarışmayın!” 20:25 Moskva İrəvandan pulunu geri istəyir - Dəmir yolu məsələsinin axırı nə olacaq? 20:19 Bütün Xəbərlər