SOCAR Kulevi terminalının genişləndirilməsi layihəsini təqdim etdi

SOCAR Kulevi terminalının genişləndirilməsi layihəsini təqdim etdi
03.10.2025 15:28 Sənaye və energetika

SOCAR Qara dəniz sahilində yerləşən Kulevi terminalının genişləndirilməsi ilə bağlı layihə sənədlərini Gürcüstanın Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyinin Ekoloji nəzarət Departamentinə təqdim edib.

TodayPress TV xəbər verir ki, bu barədə yerli “Business Media” nəşri yazıb.

Layihədə hər birinin tutumu 20 min kubmetr olan dörd yeni silindrik polad çənin inşası nəzərdə tutulub ki, bu da terminalın yanacaq və neft məhsullarının yükləmə-boşaltma gücünü ümumilikdə 80 min kubmetrədək artırmağa imkan verəcək.

Bundan əlavə, neft məhsullarının sistern tipli vaqonlardan effektiv boşaldılmasını təmin edən ikitərəfli dəmir yolu estakadası tikiləcək.

SOCAR Gürcüstan qanunvericiliyinə müvafiq olaraq layihə ilə yanaşı ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında hesabat da təqdim edib. Ekoloji nəzarət Departamenti sənədə baxacaq və daha sonra terminala yeni obyektlərin inşasına başlamaq üçün müvafiq icazə verəcək.

Qeyd olunub ki, Kulevi terminalının 6 rezervuar parkı var və genişləndirilmə şirkətin inkişaf strategiyasının bir hissəsidir.

Xatırladaq ki, Kulevi neft terminalı 2008-ci ildən fəaliyyət göstərir. Onun genişləndirilməsi ilə bağlı planlar bu ilin aprelində elan olunub.

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Dünya bazarlarında neftin qiyməti artdı 09:50 Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Əlifbası və Dili Günü ilə bağlı paylaşım edildi 09:26 Xalq şairi Nəriman Həsənzadə vəfat etdi 09:20 Polşada təxminən 3 min illik tunc qılınc tapıldı 01:34 Rusiya 2032-ci ilədək… 00:51 Bu peykdə su yoxdur, amma dənizlər var - Alimlər sirri açıqladı 00:29 Minlərlə nüvə başlığı istehsalına yetəcək uran xəbərsiz daşınıb? 00:16 Həyat yoldaşını öldürdü, sonra polisə gedib etiraf etdi - TƏFƏRRÜATLAR 00:08 Tramp İrana yeni zərbələr üçün əmr verdi - TƏCİLİ 02:06 Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Bütün Xəbərlər