SOCAR: "Italiana Petroli"nin səhmlərinin alınması 2026-cı ildə tamamlanacaq

SOCAR: "Italiana Petroli"nin səhmlərinin alınması 2026-cı ildə tamamlanacaq
23.09.2025 14:49 Sənaye və energetika

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İtaliyanın aparıcı enerji şirkətlərindən biri olan "Italiana Petroli" (IP) şirkətinin 99,82 %-lik səhmlərinin "API Holding"dən alınması barədə saziş imzalayıb.

Bu barədə TodayPress TV-yə SOCAR-dan məlumat verilib.

Əməliyyat ənənəvi bağlanış şərtləri və müvafiq tənzimləyici təsdiqlərdən asılı olaraq 2026-cı ilin birinci rübündə başa çatdırılacaq. Qeyd edək ki, sövdələşmə SOCAR-ın 2024-cü ilin dördüncü rübündən iştirak etdiyi rəqabətli "M&A" prosesinin nəticəsidir.

"Italiana Petroli" İtaliyanın ən iri inteqrə olunmuş "downstream" platformalarından biridir. Şirkət ölkə üzrə minlərlə yanacaqdoldurma məntəqəsinə, ildə təxminən 10 milyon ton emal gücünə malik iki neft emalı zavoduna, həmçinin bitum, aviasiya yanacağı və sürtgü yağları kimi xüsusi məhsulların satışına və ölkəni tam əhatə edən logistika şəbəkəsinə sahibdir.

Şirkət peşəkar yerli idarəçi komandası, təhlükəsizlik və səmərəliliyə yönəlik fəaliyyəti ilə tanınır, müştərilər və fəaliyyət göstərdiyi icmalar arasında güclü reputasiya qazanıb. SOCAR IP-nin möhkəm bazar mövqeyini qorumaq və gücləndirmək üçün yerli komanda ilə əməkdaşlığı davam etdirməyi, müştərilərinə və tərəfdaşlarına yüksək keyfiyyətli xidmətlərin davamlı çatdırılmasını təmin etməyi planlaşdırır. Şirkət həmçinin işçi qüvvəsini ixtisar etməyəcək və ətraf mühitə hörmət prinsiplərini İtaliyadakı fəaliyyətinin əsas istiqamətlərindən biri kimi saxlayacaq.

Bu satınalma SOCAR-ın Avropa enerji bazarında mövcudluğunu genişləndirmək baxımından mühüm addım olmaqla yanaşı, Azərbaycanın İtaliya ilə iqtisadi və enerji əməkdaşlığının möhkəmlənməsinə, həmçinin Avropanın enerji təhlükəsizliyi və dayanıqlı inkişafına töhfə verəcək.

"API Holding" isə detallı seçim prosesindən sonra SOCAR-ın institusional profili və zəngin biznes təcrübəsini nəzərə alaraq IP-dəki bütün payını satmaq qərarına gəlib. Qrup hesab edir ki, etibarlı nüfuza malik beynəlxalq sənaye şirkətinə satış IP-yə idarəetmədə mükəmməllik axtarışını davam etdirməyə, korporativ istedadların dəyərləndirilməsinə, qlobal miqyasda mövqelərin gücləndirilməsinə və Aralıq dənizində strateji mərkəz kimi rolunun möhkəmlənməsinə imkan verəcək.

İmzalanma mərasimində çıxış edən SOCAR-ın prezidenti Rövşən Nəcəf bildirib ki, "Italiana Petroli"nin alınması Azərbaycan şirkətinin beynəlxalq səviyyədə diversifikasiyasında mühüm addımdır: "Bu, rəqabətədavamlı, innovativ və sosial məsuliyyətli biznesin inkişafına uzunmüddətli sadiqliyimizi göstərir, Avropanın enerji təhlükəsizliyinə töhfə verir və Azərbaycanla İtaliya arasında tərəfdaşlığı daha da gücləndirir".

"Italiana Petroli"nin sədri Uqo Braketti Peretti isə söyləyib ki, IP yanacaq sektorunda İtaliya səviyyəsində istinad nöqtəsi olub və qalmaqda davam edir, həmçinin ölkədə mobillik və enerji təhlükəsizliyi əsas aktordur: "90 ildən artıq müddətdə İtaliyanın önəmli şirkətlərindən birinə çevrilmiş bu quruma rəhbərlik etdikdən sonra biz gələcək sahiblərə bilik, qeyri-adi peşəkarlar, zəngin təcrübə və innovasiya etməkdə müstəsna bacarıqdan ibarət möhkəm bir miras buraxmaqdan qürur duyuruq.

İdarə heyətinə və bütün əməkdaşlara səmimi təşəkkürümüzü ifadə edirik. Onların səmərəli fədakarlığı sayəsində əla nəticələrimiz reallığa çevrildi və bu şirkət bazarda əsas oyunçulardan birinə çevrilərək yüksək səviyyəli beynəlxalq qurumlardan investisiyalar cəlb etmək gücünə malik olub".

TodayPress TV

XƏBƏR LENTİ
01 AVQUST 2026
Tatarıstanda neft-kimya kompleksində partlayış - VİDEO 01:08 Bu gün Azərbaycan Əlifbası və Dili Günüdür 00:40 Azərbaycan Əlcəzairdə həlak olanların ailələrinə başsağlığı verdi 23:58 Azərbaycandan Yaponiyaya başsağlığı 23:51 Səddamı dindirən zabit ilk dəfə danışdı: “Səhv etdik!” 23:35 Masallıda açıq ərazidə yanğın başladı - VİDEO 23:18 İspaniyda geri qaytarılan miqrantların sayı artdı 23:01 F-35 qırıcısı qəzaya uğradı - VİDEO 22:38 Samir Şərifova yeni vəzifə verildi 22:29 Sürücülərin DİQQƏTİNƏ! Bu yollar bağlanır 22:12 İtaliya İspaniya ilə sərhəddə nəzarəti artırdı - Vəziyyət gərginləşir 21:57 Fransa İspaniya ilə sərhədə ordu yığdı - TƏCİLİ 21:43 İspaniya çarəsiz qaldı - Avropaya TƏCİLİ çağırış 21:30 Rusiyada “Telegram”ın təsisçisinin “kitabı bağlandı” 21:16 Tramp Putin və Zelenskinin indi “naz etsələr də” buna məcbur qalacaqlarını dedi 20:58 Beyləqanda dəhşətli qəzada xəsarət alanların SON VƏZİYYƏTİ 20:43 Tramp İspaniyanı ABŞ-yə nümunə çəkib, xəbərdarlıq etdi 20:21 “Port Baku”dakı yanğın söndürüldü - VİDEO 18:39 Qırğızıstan səfərindən İlham Əliyevin paylaşdığı VİDEO 20:06 Zelenski ABŞ-yə “Patriot” məsələsini unutmağa qoymadı 20:00 İspaniya ölkəyə qanunsuz “soxulan” miqrantların yarısını “qovdu” 19:47 Prezidentin Qırğızıstana səfəri başa çatdı 19:37 Bəraət istəyən separatçılar cavab gözləyir - Məhkəmə qərarını hazırlayır 19:34 Paşinyan hökuməti “dağılır” - Bakı ilə sülh prosesini aparan komanda dəyişəcək? 19:19 Sərxoş sükan arxasına keçdi, narkotik istifadə etdi - Amma deportasiya olunmadı, çünki… 19:08 Bütün Xəbərlər