Naxçıvanın enerji sistemi yenidən qurulur

Naxçıvanın enerji sistemi yenidən qurulur
17.07.2025 10:37 Sənaye və energetika

Naxçıvan Muxtar Respublikasında ötən əsrin 50-ci illərinin sonlarından istismarda olan hava elektrik verilişi xətlərinin “AzərEnerji” ASC tərəfindən sökülərək yenidən qurulmasına başlanılıb.

Bu barədə “Azerenerji”dən TodayPress TV-yə verilən məlumata görə, ilkin mərhələdə 110 kilovoltluq “Culfa”, “Ordubad-1” və “Ordubad-2” hava elektrik verilişi xətləri ikidövrəli olmaqla, ümumilikdə 68 km məsafədə yenidən çəkilir.

Məlumata görə, Naxçıvan ötürücü şəbəkəsində istismar müddətini çoxdan keçən xətlərdə həyata keçirilən işlər nəticəsində enerjinin ötürülmə qabiliyyətini yüksəltməklə yanaşı, enerji təchizatında baş verə biləcək nasazlıqların, qəzaların qarşısı alınacaq, dayanıqlığı və etibarlığı artırılacaq.


Xatırladaq ki, Azərbaycan Respublikası Prezidentinin 23 noyabr 2024-cü il tarixli “Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” 235 nömrəli Fərmanının icrası olaraq, “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Naxçıvan Muxtar Respublikası enerjisisteminin elektrik enerjisi generasiya və ötürücü infrastrukturlarının idarəedilməsi üçün Cəmiyyətin tərkibində “Naxçıvan Enerji” MMC təsis edilib, həmçinin “Naxçıvan Muxtar Respublikasının Elektroenergetika Strategiyası” hazırlanıb.

Strategiyada “2025-2027-ci illər üzrə Reabilitasiya və Yenidənqurma Tədbirləri” və “Strateji Baxış İstiqamətləri” müəyyən olunub.

Bu işlər çərçivəsində 110 kilovoltluq “Culfa”, “Ordubad-1” və “Ordubad-2” ötürmə xətlərinin yenidən çəkilməsi ilə yanaşı 154/110/10 kV-luq “Babək”, 110/35/10 kV-luq “Çeşməbasar” və 110/35/10 kV-luq “Naxçıvan” yarımstansiyaları müasir tələblərə uyğun olaraq tam şəkildə yenidən qurulacaq. Həmçinin, Naxçıvan Regional Rəqəmsal İdarəetmə və SCADA mərkəzi, eləcə də yardımçı texniki infrastrukturlar da yaradılacaq.

FOTOLAR

Naxçıvanın enerji sistemi yenidən qurulur — 1
XƏBƏR LENTİ
01 AVQUST 2026
Azərbaycan manatının dövretmə sürəti iyunda artdı 15:42 Ukrayna Qara dənizdə "Rosatom"un konteyner gəmisini batırdı 15:26 Dünya çempionatı: İbrahim Həsənov 1/4 finala vəsiqə qazandı 15:10 Aİ səfiri dilimizi öyrənir - VİDEO 14:52 Prezident Nəriman Həsənzadənin vəfatı ilə bağlı nekroloq imzaladı 14:29 Kriptobirjada son durum: "Bitcoin" 2%-dən çox... 14:16 Mehriban Əliyeva Xalq şairi Nəriman Həsənzadənin vəfatı ilə bağlı paylaşım etdi 14:00 İran PUA-ları Küveytdə hökumət obyektinə hücum etdi 13:44 Qızıl və gümüş ucuzlaşmaqda davam edir 13:28 "Neftçi" Tokio mərhələsinə ABŞ üzərində qələbə ilə start verdi 13:10 Bazar gününə olan hava proqnozu açıqlandı 12:58 "Real" Yan Diomandenin transferi ilə bağlı razılıq əldə edə bilmədi 12:41 Ötən gün bəzi ərazilərə yağış yağdı, külək əsdi 12:24 Bu ölkələrin vətəndaşlarına Azərbaycana vizasız gəliş icazəsi verildi 12:18 Xalq şairi Nəriman Həsənzadə sabah I Fəxri xiyabanda dəfn ediləcək 12:09 CAR millisinin baş məşqçisi Hüqo Bros karyerasını başa vurdu 12:05 Bayramın qardaşı analarını öldürdü 11:53 9 ildir ki, Bakıda, ata evimdə yaşayıram - Sevil Əliyeva 11:41 1350 kilometr uzaqlıqda strateji zərbə: Rusiyanın neft zavodu Ukrayna PUA-larının hədəfi oldu - VİDEO 11:36 MİQ üzrə nəticələr açıqlandı 11:15 Bu gün Azərbaycanın 6 sərbəst güləşçisi xalça üzərinə çıxacaq 11:01 Dövlət başçısı İsveçrə Prezidentini təbrik etdi 10:48 Ərdoğana qarşı sui-qəsd cəhdinin iştirakçısı Muğlada saxlanıldı 10:36 Azərbaycan neftinin qiyməti 3 %-dən çox artdı 10:13 Rusiya Kiyevi raket atəşinə tutdu - Ölənlər var - VİDEO 09:56 Bütün Xəbərlər